Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəbdəbəli qəbirlərə qadağa qoyulacaq - VİDEO
Tarix: 22-02-2017 | Saat: 19:49
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər

Dəbdəbəli qəbirlərə qadağa qoyulacaq - VİDEO


Bəzi hallarda sağ olan yaxınımıza sağlığında dəyər vermir, ancaq dünyasını dəyişdikdə bahalı baş daşları qoydururuq. Son mənzilə yola saldığımız insana sonuncu hörmətmi sanırıq bunu, yoxsa, özümüzə təsəlli? Bəlkə, başqalarının yanında söhrətimizi artırırıq? Hətta bu missiyanı yerinə yetirmək üçün banklardan kredit götürənlərin də sayı artıb.

"Xəbəraz.az "ARB Şəki-yə istinadən xəbər verir ki, kreditlə anasına qara mərmərdən başdaşı düzəltdirən Şakir Mürşüdov hələ də borcunu ödəyə bilmir: "Anam rəhmətə gedəndə kimdən pul istədim, olmadı. Məcbur olub bankdan pul götürüb, anama qəbir düzəltdim. Hələ də ödəyib bitirə bilmirəm".

Məzarlıqlar dəbdəbəli qəbir daşları ilə dolsa da, bu halı normal qarşılamayanlar da var. Şəkinin yeni salınacaq qəbiristanlığında bu dəbdəbəli qəbir daşlarının qoyulmasına icazə verilməyəcək.

"Məzar yerləri və məzarlıqlar haqqında" qanun layihəsi bu istiqamətdəki rəqabətə son qoyacaq.

Digər tərəfdən, qəbirstanlıqlarda insanların əvvəlcədən yer götürməsi də mümkünsüz olacaq. Artıq bələdiyyələr qəbiristanlıqlara nəzarət funksiyası ilə bağlı addımlarını müəyyənləşdiriblər. Nəzarət onlara veriləcəyi təqdirdə bütün qəbirlərin standart olacağına təminat verirlər. Qanun qəbul olunarsa, problemlərin həllinə yol açılacaq. Əks halda doğmasını itirən şəxs ona ürəyincə bahalı və heykəli xatırladan məzar daşı düzəltdirə bilmədiyi üçün hələ çox borca düşəcək.





Xəbəri paylaş

7648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___