“Təcili yardım”ın əməkdaşını döydülər - FOTO
Tarix: 22-02-2017 | Saat: 11:02
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Ötən gün saat 18 radələrində Sabunçu rayonu, İlyas Aslanov küç. 166 ünvanında yerləşən 12 saylı təcili yardım stansiyasının inzibati binasında təcili yardım stansiyasının sürücüsü, 1954-cü il təvəllüdlü Sadıqov Vəli Baloğlan oğlu dəm qazından zəhərlənən 17 yaşlı Nazilə Sadıqovanın atası tərəfindən döyülüb.
Niyaməddin adlı şəхs təcili yardım stansiyasında növbətçi həkim Abbasova ilə mübahisə edərək onu təhqir edib. Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Ancaq əsəblərini cilovlaya bilməyən şəхs 67 yaşlı sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb.
Zərərçəkmiş Vəli Sadıqov isə təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Хəstəхanasına gətirilib. İlkin müayinələr zamanı 67 yaşlı sürücüdə burun sınığı və gözünün altının hematoması aşkar edilib.
Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Fakt təhqiqatçı tərəfindən araşdırılır. Salamnews-un zərərçəkmişə istinadən verdiyi xəbərə görə, döyülən sürücünün ifadəsi alınıb və məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra, fakta hüquqi qiymət veriləcək.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

10-07-2017, 11:16
Qadını xilas edərkən huşunu itirən polisdən xəbər var
2-11-2018, 10:45
Sənədsiz peşə sahiblərinə şad xəbər: sertifikat ala biləcəklər
9-07-2019, 20:35
Netanyahu İranı təhdid etdi
26-12-2016, 17:18
"Həyat yoldaşım məni yaxın rəfiqəmlə aldadıb" - Röya - VİDEO
31-05-2016, 13:43
8 kənd İŞİD-dən azad edildi
24-05-2018, 20:52
Xuraman əməliyyat olunacaq
13-02-2018, 17:04
Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, tibetli razılaşmadı…”
14-12-2019, 01:36
Tofiq Musayev Rizin "Gran Prix"ində iştirak edəcək
11-01-2016, 16:57
12 terrorçunun öldürüldüyü villadan çıxan materiallar
17-07-2017, 12:18
Dünya çempionumuzun gecə klubunda vurduğu qız sevgilisi imiş: "Məni o vəziyyətdə qoyub getdi"