Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Astroloji proqnoz - 21 fevral
Tarix: 21-02-2017 | Saat: 00:09
Bölmə:Karusel / Gündəm / Qoroskop | çapa göndər

Astroloji proqnoz - 21 fevral


Qoç - konkret işlər, ideyaların reallaşdırılması zamanıdır. Ciddi işgüzar və şəxsi məsələlərlə məşğul olun. İş yoldaşınız, tərəfdaşınızın durumunu, əhvalını mütləq şəkildə nəzərə alın.
Buğa - birgə fəaliyyəti razılaşdırın. Yaşam arealınızı qaydaya salmaq imkanlarını əldən verməyin.
Əkizlər - mühüm məqamlarda harmoniyaya nail olmaq olar. Günün ikinci yarısında çətin işə başlamaq olar.
Xərçəng - san atdığınız nəticə və məqsədi bilirsinizsə, səbrli və təmkinli olun, əzmlə irəliləyin. Şəxsi münasibətlər müstəvisində emosiyaların ardıcıllığını hissiyatınız bildirəcək.
Şir - ənənəvi prinsiplərə və adətlərə sadiqlik sizə stabilliyi qorumağa, daxili müvazinətə yiyələnməyə imkan verəcək. Ailənin yaşlı üzvlərini sevindirin. Alış-veriş üçün yaxşı gündür.
Qız - uzun-uzadı müsahibələrə başlamayın. Münasibətləri aydınlaşdırmayın. Həll variantını sürətlə arayın. Yeganə doğru çözüm yolunu seçməyə çalışın.
Tərəzi - bir neçə mühüm iş arasında seçim məcburiyyəti yaranacaq. Nəticədə heç bir işi görməyə bilərsiniz.
Əqrəb - görüləcək işlərin sayı artır. Amma onların reallaşdırılması təxirəsalmalar, gecikmələr, sədlər, maneələr və maraqlar toqquşması ilə üzləşir.
Oxatan - alış-veriş və imiclə bağlı işlər uğurlu olmayacaq. Səhhətinizdə diqqətli olun. Virus və yoluxucu xəstəlik riski artır.
Oğlaq - şəxsi münasibətlər müstəvisində təşəbbüs zamanı deyil. Kompromisə ehtiyac yaranırsa, güzəştə gedin.
Dolça - ikinci dərəcəli işlərlə məşğul olmayın. Emosiyalarda süstlük, lənglik müşahidə ediləcək.
Balıqlar - işgüzarlıq və fəallığınızı artırın. Mühüm planlardan birini reallaşdırmaq olar. Lakin mühüm məqamlardan birini qulaqardına vurmayın.


Xəbəri paylaş

9618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___