Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəfiqə Məmmədova məşhur filmdəki xəyanət səhnəsi haqda: "Niyə qurdalayırlar?" - VİDEO
Tarix: 20-02-2017 | Saat: 18:21
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Şəfiqə Məmmədova məşhur filmdəki xəyanət səhnəsi haqda: "Niyə qurdalayırlar?" - VİDEO


"Bizim Cəbiş müəllim" filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib.

"Xəbəraz.az "bildirir ki, "Qafqazinfo" qalmaqallı filmlə bağlı ekran işinin əsas qəhrəmanı, Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.

Xalq artisti həmin məsələni aktuallaşdıranları səviyyəsiz adlandırıb:

"Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxırlar. Kim necə yozursa-yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosesində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədirlər ki, 69-cu ilin filmini qurdalayırlar?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayırlar? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burada nə var ki? Yaradıcı insanlar elə görməyiblər deyə, filmə salmayıblar. Bu nə səviyyəsizlikdir?"

Qeyd edək ki, bu haqda xəbəri kulis.az saytı yaymışdı. Xəbərdə deyilir ki, filmin sonunda Cəbiş müəllimin arvadının alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb.

Kəsilən kadrları tədqiqatçı Füzuli Sabiroğlu "Youtube"da yerləşdirib.




Xəbəri paylaş

7768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___