Ayaqyoluna telefonla girənlərin nəzərinə...
Tarix: 19-02-2017 | Saat: 10:02
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Tualetdə telefon istifadə edən insan orada lazım olduğundan daha çox vaxt keçirəcək. Amma bu vərdişin zərərli tərəfləri sadəcə həyatın bir neçə qiymətli dəqiqəsinin itirilməsi ilə bağlı deyil.
Gigiyena üzrə mütəxəssis və doktor Liza Əsgərlinin sözlərinə görə, smartfonunu ayaqyoluna özü ilə aparan şəxs yüksək ehtimalla zəhərli bağırsaq infeksiyasına yoluxacaq. O, bildirib ki, əgər mütəmadi olaraq tualetdə telefon istifadə edirisinizsə, onda gigiyenik proseduralardan sonra əlləri yumaq heç bir rol oynamayacaq: "Gigiyenik qaydaların əhəmiyyəti əvəzedilməzdir. Bu qanunu pozmaq isə dəhşətli əziyyətlərə bərabərdir. Çünki patogen mikroorqanizmlər təkcə əl dərisində qərarlaşmır, onlar istənilən yerdə sərbəst yaşayır. Telefonun ekranı isə mikrobların rahat yaşaması üçün münbit, gözəl və isti yerdir. Telefonla danışaraq onu üzə tutur və belə dəriyə zərər vermiş oluruq. Hətta yemək zamanı da tez-tez telefon istifadə edirik. Bu zaman ekranda özünə əməlli-başlı yuva quran xoşagəlməz mikroblar fəaliyyətə keçir.
Zərərli bakteriyalara yoluxmanın nəticələri acınacaqlı ola bilər. Spazmalar, ürəkbulanma, qusma, mədə pozğunluğu və s. Hətta Salmonelli bakteriyası bəzi hallarda ölümə gətirib çıxara bilər. Odur ki, tualetdə, xüsusilə adamların çox olduğu ictimai yerlərdə telefondan istifadə vərdişini tərgitmək lazımdır. Smartfon və ya planşetin ekranını vaxtaşırı olaraq dezinfeksiyaedici vasitələrlə təmizləmək faydalı olacaq. Spirtlə və ya sirkəyə azca batırılmış pambıqla telefonu ehmalca təmizləyin. Ekranın təmizləməsi nəmli salfetlərlə də mümkündür".
Xəbəri paylaş
1 1778 dəfə oxunub.
Digər xəbərlər

18-02-2017, 13:54
Samir Bağırov Malaxovun verilişində - FOTO
20-04-2018, 19:20
22 illik tarix başa çatır-Venger gedir
2-10-2017, 20:00
Dilarədən yarıçılpaq FOTOlar
22-03-2017, 14:48
ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
10-12-2016, 16:07
Həftədə 1 dəfə 24 saat... - Sağlam və cavan olmaq istəyirsinizsə
17-08-2023, 13:49
"Nikosayağı"nın qəzadan sonra ilk FOTOSU
22-10-2017, 11:41
Bakıda parkomatı sındırdılar: "Samaraya bilet lazımdır" - FOTO
25-10-2018, 18:08
Oğul var ev üçün, oğul da var el üçün doğular!
5-05-2016, 11:29
Türkiyəli siyasətçi İsraildə həbs olundu