Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda həkim “Range Rover”i ilə piyadanı vurdu
Tarix: 17-02-2017 | Saat: 15:12
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda həkim “Range Rover”i ilə piyadanı vurdu


Ötən axşam Xəzər rayonu ərazisində Mərdəkan avtomagistralında 1961-ci il təvəllüdlü Babayev Rəfi Hacıağa oğlu yolu keçərkən “Range Rover” markalı avtomaşın tərəfindən vurulub.

"Xəbəraz.az "-ın SalamNews-a istinadən məlumatına görə, yaralı sürücü tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Tibbi müdaxilədən sonra yaralının həyat təhlükəsi aradan qaldırılıb. Həkimlər Rəfi Babayevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Sürücünün izahatı alınıb və avtomobil cərimə meydançasına aparılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, evdən çıxan Rəfi Babayev yolu keçərək yaxınlıqdakı marketə getmək istəyib. Yol işıqsız və yağıntı səbəbilə sürüşkən olduğundan, həmçinin “Range Rover” markalı avtomaşın sürət həddini aşdığından məlum qəza baş verib. Qeyd edək ki, “Range Rover” markalı avtomaşının sürücüsü diş həkimidir və hadisə o, işdən evinə qayıdarkən baş verib.





Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___