3 nəfər bomj xəstəxanaya yerləşdirildi - Bakıda
Tarix: 17-02-2017 | Saat: 11:51
Bölmə:Karusel / Səhiyyə / Foto-fakt | çapa göndər
Dünən 3 nəfər bomj təcili yardım briqadaları vasitəsilə xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, həmin kimsəsiz şəxslər 6 nömrəli Birləşmiş Şəhər xəstəxanasına çatdırılıb.
R.Nağıyev onu da əlavə edib ki, mövcud qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar qarda yıxılma, xəsarət alma halları ilə hələki təcili yardıma müraciət edən olmayıb: " Bundan başqa soyuqdan donaraq ölüm halları da olmayıb. Sakitçilikdir".
Bildirək ki, kimsəsiz şəxslərin xəstəxanalara yerləşdirilməsi prosesinə səhiyyə nazirinin əmri ilə ötən ildən başlanılıb. 2016-cı ildə ümumilikdə 400-ə yaxın kimsəsiz şəxs təcili yardım tərəfindən götürülərək xəstəxanaya yerləşdirilib.
Müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən kliniki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir. Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarından birinə çatdırılır.
Xəbəri paylaş
8298 dəfə oxunub.
Digər xəbərlər

30-05-2022, 13:43
Son zamanlar boşanmaya daha çox qadınlar ƏRİZƏ verir – SƏBƏB nədir?
22-05-2019, 10:30
Ramazan ayının 17-ci gününün DUASI
4-10-2017, 18:12
"Atam da rəhmətə gedib, anam da, bacım da... Təkcə Könülün ağrısı canımdadır" - ŞAHBAZ XUDUOĞLU
11-05-2016, 12:57
Ukraynada terror: OMON bazası partladıldı
11-05-2016, 20:02
Prezident israilli həmkarını təbrik etdi
25-07-2015, 13:28
Erkən nikaha təhriketmə cəzasız qalmayacaq
10-06-2015, 12:56
56 yaşını qeyd edən cazibədar Nərgiz Cəlilovadan ETİRAF
29-06-2019, 01:35
Bu gün tanınmış ictimai xadim Hacı Quliyevin doğum günüdür
17-07-2020, 19:57
14 şəhər və rayonda sərt karantin rejimi bu tarixədək davam EDƏCƏK