Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hər il milyonlarla insanı ÖLDÜRƏN SƏBƏB
Tarix: 16-02-2017 | Saat: 23:49
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

Hər il milyonlarla insanı ÖLDÜRƏN SƏBƏB
Çirkli hava dünyada geniş yayılan ölüm səbəblərindən beşincisidir. ABŞ-ın “Health Effects” İnstitutunun mütəxəssisləri çirklənmiş havadan neçə insanın zərər çəkdiyini hesablayıblar. Məlum olub ki, 2015-ci ildə çirkli hava 4,2 milyon insanın ölümünə səbəb olub. Bu rəqəmin böyük hissəsi (2,2 milyon) Hindistan və Çinin payına düşür.
Çirkli hava Yer planeti sakinlərinin 92 faizinə pis təsir edir. Çirkli hava xərçəng, ürək-damar, xroniki respirator xəstəliklərinin yaranma riskini yüksəldir. Hindistan və Çinə gəldikdə isə burada çirkli havadan yaranan xəstəliklərin ölümlə nəticələnməsi daha çox müşahidə edilir. Bu ölkələrin hər birində ildə bir milyondan çox adam ölür.
Dünya Səhiyyə Təşkilatı müəyyən edib ki, havanın və torpağın çirklənməsi, kimyəvi maddələrin təsiri, iqlim dəyişikliyi və ultrabənövşəyi şüalanma səbəblərindən 100-dən çox xəstəlik və travma yaranır.
Səmərəsiz nəqliyyat növləri, yanacaq və zibilin yandırılması, kömürlə işləyən elektrik stansiyaları və sənaye müəssisələrinin fəaliyyəti ətraf mühiti daha çox çirkləndirir. Səhra ərazilərlə qonşu regionlarda toz qasırğaları da bu işə öz “töhfəsini” verir. (Azərtac)


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___