Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şah İsmayıl Xətainin Bakıdakı heykəli sökülür? - AÇIQLAMA
Tarix: 16-02-2017 | Saat: 19:52
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Şah İsmayıl Xətainin Bakıdakı heykəli sökülür? - AÇIQLAMA



Təxminən on gündür paytaxtın Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində təmir işləri aparılır. Avropa Oyunları ərəfəsində abadlaşdırılan park isə sökülür. Məqsəd yolun genişləndirilməsidir. Parkda yerləşən Şah İsmayıl Xətainin heykəlinin aqibəti isə sual altındadır.

Bəs görəsən, heykəl köçürüləcəkmi?

Məsələ ilə bağlı ilk növbədə Xətai Rayon İcra Hakimiyyətindən açıqlama almaq istəsək də, aidiyyəti qurum suallarımızı cavablandırmaqdan imtina etdi. Adıçəkilən qurumun memarı təmir işlərinin onlara aidiyyəti olmadığını, bu səbəbdən heç bir açıqlama verməyəcəyini bildirdi.

Xətainin heykəlinin Xətai rayonu ərazisində yerləşən parklardan birinə köçürüləcəyi ehtimal edilir.

Gördüyünüz bu park Babək prospektində yerləşən Lalələr parkıdır. İlkin ehtimala görə, Şah İsmayıl Xətainin heykəli məhz bu parka köçürüləcək.

Təmir işləri “Azəravtoyol” ASC tərəfindən həyata keçirilir. Qurumun mətbuat katibi Anar Nəcəfli qeyd etdi ki, mövcud yolayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə isə 7 hərəkət zolağına qədər genişləndiriləcək: "Kompleks tədbirlər istər Heydər Əliyev və Babək prospektlərindən şəhərə doğru, istərsə də əks istiqamətdə nəqliyyat sıxlığının azalmasına yönəldilib. Buna paralel olaraq Yusif Səfərov küçəsinə paralel yeni yol hissəsi salınır ki, Heydər Əliyev prospektindən gələn avtonəqliyyat vasitələri Yusif Səfərov küçəsinə daxil olmadan şəhər istiqamətində hərəkət edə bilsinlər".

Eyni zamanda Sergey Senyuşkin küçəsində də abadlıq işləri aparılır. Nəticədə Heydər Əliyev və Babək prospektləri istiqamətində rahat hərəkət təmin olunacaq. Küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin də inşası planlaşdırılır: “Azəravtoyol” ASC tərəfindən həyata keçirilən yenidənqurma işləri çərçivəsində Yusif Səfərov küçəsində Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi nəzərdə tutulmayıb. Heykəl bu hissədə saxlanılacaq. Hal-hazırda bu, müzakirə mövzusu deyil”.

Təmir işlərinin 1-2 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.



Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___