Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ruhlarla danışmaq üçün qurğu
Tarix: 17-03-2015 | Saat: 22:01
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 | çapa göndər

Ruhlarla danışmaq üçün qurğu
Fransada ixtiraçı Tomas Edisonun əvvəllər nəşr edilməmiş memuarının son fəsli dərc edilib. xeberaz.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, məlum olub ki, amerikalı ixtiraçı ruhların səsini eşitməyə imkan verəcək qurğu düzəltməyə cəhd edib.

Edison ruhların səsini yazacaq qurğu düzəltmək istəyi haqda ölümündən sonra (1948-ci ildə) dərc edilmiş memuarının (“Diary and Sundry Observations”) son fəslində məlumat verib.

Ancaq ingilisdilli nəşrlərdə Tomas Edisonun okkultizm sınaqları haqda son fəsli çıxarılıb. O, 1949-cu ilə aid fransız nəşrində saxlanılıb və 2015-ci ilin əvvəlində Fransada nümayiş etdirilmiş ixtiraçı haqda yeni kitaba salınıb.

Memuarın son fəslinə əsasən, 1870-ci ilin sonunda Edison fonoqrafın (qrammofonun prototipi) səs siqnallarını gücləndirən qurğu düzəltməyə çalışıb. Bundan başqa, o, öz həmkarı, mühəndis Uilyam Uolter Dinuiddi ilə müqavilə bağlayıb ki, birinci ölən, o biri dünyadan sağ qalana məlumat göndərsin.

Edisonun fikrincə, ruhlar mövcuddur və danışmağı sevirlər, deməli, müvafiq qurğu onların danışığını yaza bilər.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___