Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: "Yuxuda görə bilirəm" - FOTO
Tarix: 15-02-2017 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
28 yaşlı Abdulla Qurbanov Ağdam rayonunun Qarapirimli kəndindəndir. Doğma kəndi işğal olunandan sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Köçərli kəndi ərazisində məskunlaşır - palçıqdan tikilmiş kiçik daxmada.
"Xəbəraz.az " sputnik-ə istinadən xəbər verir ki, əvvəllər musiqi təhsili alsa da, sonra kompüter mühəndisi olmaq qərarına gəlir. Evin tək övladı olan Abdulla hərbi xidmətə yolla düşəndə təhsilini yarımçıq saxlayır. Hərbi xidməti sağ-salamat başa vurub cəbhə bölgəsindən qayıdanda sevinc içində onu qarşılayan valideynləri övladlarının gözünün nurunu itirə biləcəyini ağıllarına da gətirmirdilər.
O, gənc yaşlarından həyatın çətinlikləri ilə üz-üzə qalır. 9 il əvvəl Tərtərin cəbhə xəttində yerləşən Qaradağlı kənddə yaşayan xalasıgilə qonaq gedən Abdulla qonşuluqda yaşayan Nərgiz adlı qızla tanış olur. Həmin gündən iki gəncin arasında romanlara mövzu ola biləcək məhəbbət hekayəsi başlayır. Sevdiyi qızı görmək üçün Abdulla hər dəfə bir bəhanə ilə Qaradağlıya gedir.
Belə səfərlərin birində, hər zamankı yolu deyil, daha kəsə yolu seçir: "At getmədi, elə bil hiss etmişdi. Düşdüm ki, atı qabağa çəkəm, həmin vaxt at arxa ayağını qaldırıb yerə vurdu. Və partlayış oldu..."
Minaya düşən gənc sonra heç nə xatırlamadığını deyir: "Ayılanda hər yer qaranlıq idi. Soruşdum ki, haradayam? Cavab verdilər ki, "on gündür xəstəxanadasan". Həkim gəldi, mənə suallar verdi, adımı-soyadımı, atamı-anamı soruşdu. Bəzi məqamlar var idi ki, xatırlamırdım, yadımdan çıxmışdı".
A.Qurbanovun xatırladıqları arasında sevdiyi qız - Nərgiz də var idi. Sevgilisini görmək üçün getdiyi kənddə minaya düşən, kəllə və üz sümüyü parçalanan Abdullanın üzü cərrahiyyə əməliyyatı olunduqdan sonra qismən bərpa olunur. Amma o gündən dünya işığına həsrət qalır.
Çəkdiyi əzablar qəlbindəki sevgi işığını söndürmür. Xəstəxanadan çıxdıqdan sonra Nərgizi axtarır. "Əvvəl tərəddüd etdim. Dedim, artıq məni istəməz. Amma o, cavab verdi ki, "səni sevirəm, fərqi yoxdur, gözlərin görür ya, yox", - deyə Abdulla bildirir. Ancaq Nərgizin valideynləri qızlarının Abdulla ilə evlənməsinə razı olmurlar. Görüşmələrinə və telefonla əlaqə saxlamalarına icazə vermirlər.
Valideynlərinin inadının qırılmadığını görən Nərgiz, günlərin birində gizlicə Abdullaya zəng edərək gəlib onu aparmasını istəyir. "Mən bu halımla gedə bilmədim. Anamgil gedib Nərgizi gətirdilər. Qaynanamgillə uzun müddət sonra barışdıq. Sevgimizə xeyir-dua verdilər", - həmsöhbətimiz danışır. Artıq bu sevginin bəhrəsi də var. Abdulla ilə Nərgizin 6 yaşında oğlan və 5 yaşında qız övladları var. Hazırda onlar Ağdamda, məcburi köçkünlər üçün salınan İmamqulubəyli qəsəbəsində yaşayırlar.
"Övladlarımı həyatda görməsəm də, yuxuda görürəm. Sabah oyananda yuxuda gördüklərimi təsvir edirəm, Nərgizdən soruşuram, o da cavab verir ki, necə görmüsənsə, elədir uşaqlar", - Abdulla deyir.
Gözlərinin görməməsi onun sevdiyi məşğuliyyətinə - musiqi ifa etməsinə mane olmur. Hətta bəzən yanında bələdçi olanda avtomobil də idarə edir: "Nərgizlə birlikdə bütün çətinliklərə dözməyə hazırıq. Çünki sevib-sevilərək yaşayırıq".
Xəbəri paylaş
1 8508 dəfə oxunub.
Digər xəbərlər

7-11-2019, 20:53
Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini verdi - FOTO
13-12-2018, 16:39
“100 şəhid anasına 11 min ödəməyə hazıram” -Azərbaycanlı iş adamı
10-05-2016, 16:21
Heydər Əliyevin cızdığı bu yol - Ərəb mediası
13-11-2017, 13:52
Azərbaycanlı rəqqas faciəli şəkildə dünyasını dəyişdi
14-06-2015, 16:28
Heykəli belə görməmişdiniz(VİDEO)
13-03-2017, 13:38
"Qızın heç yaxası da açılmamışdı" - Beylaqanda məktəbdəki zorlama qalmaqalı böyüyür
17-05-2019, 10:24
Milli Məclis bu gün 18 məsələyə görə TOPLANIR
8-09-2017, 15:53
Bakıda qadın avtobus sürücüsünü söydü - VİDEO
31-05-2017, 14:36
Bülent Ersoyun modelyerindən Aytənə: “Azərbaycanın gözəli...” – FOTO