Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Siyavuş Novruzov səhhətindən danışdı: "İnsan xəstələnə də bilər" - VİDEO
Tarix: 14-02-2017 | Saat: 17:53
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Müsahibə | çapa göndər

Siyavuş Novruzov səhhətindən danışdı: "İnsan xəstələnə də bilər" - VİDEO

"Siyavuş Novruzovun hər kəlməsi xəbər olur" deyənlərə onu deyirəm ki, mən çalışıram ki, çıxışlarımda da, müsahibələrimdə də insanların başa düşdüyü tərzdə danışım. Bəzən görürsən ki, kimlərsə öz çıxışlarına elmi ifadələr əlavə edir. Mən belə çıxışlardan uzağam".

Bu fikirləri APA TV-yə eksklüziv açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.

"Məsələn, götür başla danışmağa ki, makroiqtisadi və mikroiqtisadi sistem belə getdi. İndi kənddə oturan bir kəndçi fikirləşir ki, bunun pensiyası artacaq, yoxsa artmayacaq? Bunun gəliri nədən ibarət olacaq, ya da olmayacaq? İndi bu hardan bilsin ki, makroiqtisadi sistem nədir? Ümumi dəyər vergisi nədir? Yəni insanların anlayacağı tərzi sevirəm" - deyən Siyavuş Novruzov sosial şəbəkələrdə onun xəstəliyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Görürsünüz yaxşıyam, sizinlə söhbət edirəm. Bu yazılanları ciddiyə almıram. Yəni bu məsələyə əhəmiyyət vermirəm. Sağlamlığım haqqında yazanlar da, yazmayanlar da sağ olsunlar".

Komitə sədri deyir ki, sağlam həyat tərzi sürür, idmanla məşğul olur: "Camaat gedib xərc çəkib arıqlayır. Mən idmanla, dieta ilə çəki atıram. Müxtəlif vaxtlarda mən çəkimi artıra bilərəm, azalda da bilərəm. Bilirsiz, izləyirəm, görürəm ki, yazırlar sosial şəbəkələrdə. Bununla bağlı yazan ziyalılarımıza da, jurnalistlərimizə də təşəkkür edirəm. Bu çox cılız fikirdir ki, bunu ortaya atıb nəsə düzəltməyə çalışırlar. İnsan xəstələnə də bilər, sağala da bilər. Bundan sensasiya yaratmasınlar".

Deputat hazırda da öz işimin başında olduğunu, hər şeyin qaydasında olduğunu da dilə gətirib.



Xəbəri paylaş

1 3248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___