Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevgililərə 14 fevral məsləhəti: otağın işığını azaldın və...
Tarix: 14-02-2017 | Saat: 11:58
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Sevgililərə 14 fevral məsləhəti: otağın işığını azaldın və...



Cütlüklər Sevgililər günü üçün birlikdə plan və proqramlar qurmağa hələ bir neçə gün əvvəldən başlayır. Ancaq hava soyuq olduğu üçün ümidsizliyə qapılan sevgililər də var. Hava pis olduqda çölə çıxa bilməyənlərə Sevgililər gününü qeyd etməyə heç nə mane ola bilməz. Evdə də bir çox məşğuliyyətlər var. 14 fevral üçün sevgililərə maraqlı təkliflər.

Birlikdə axşam yeməyi hazırlayın

Gün ərzində alış-verişi birlikdə edin. Hər ikinizin ağız dadına uyğun praktik və ləzzətli yeməklər hazırlaya bilərsiniz. Digər tərəfdən, süfrəni şamlarla bəzəyərək musiqi sədaları altında romantik ab-hava yarada bilərsiniz.

Kinoteatr mühiti yaradın

Hər ikinizin xoşuna gələcək və əhvalını açacaq filmlər izləyin. Film izlədiyiniz otağın işığını azaldın və qarğıdalı partladıb kresloda rahat əyləşərək film izləyin.

Fotoalbom hazırlayın

Çəkilmiş şəkillərinizdən ibarət albom hazırlayın. Albomun içinə öz ətrinizi səpin və sevgilinizlə birlikdə fotolara baxın. Köhnə şəkillərə birlikdə baxmaq yaxşı hiss hisslər yaradacaq və aranızdakı romantik bağı qüvvətləndirəcək.

Romantik kitablar seçib oxuyun

Sevdiyiniz kitabları seçib, xüsusilə bəyəndiyiniz sətirləri ona oxuyun. Daha sonra kitabı ona verin və onun oxumasını istəyin. Beləliklə, romantik bir mühit yaratmış olacaqsınız.

Bir-birinizi masaj edin

Fürsət düşmüşkən həftənin yorğunluğunu bu gün ata bilərsiniz. Fərqli və gözəl qoxu verən masaj yağları alın və bir-birinizi masaj edin. Həftənin yorğunluğunu və stressini də beləliklə üzərinizdən atmış olarsınız.


Xəbəri paylaş

7078 dəfə oxunub.

Digər xəbərlər
19-07-2015, 15:37 Üç qızı maşın vurdu

bütün xəbərlər
____ Instagram ___