Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Korvalol”, “Sitramon” satışına məhdudiyyət qoyulub?
Tarix: 13-02-2017 | Saat: 18:06
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

“Korvalol”, “Sitramon” satışına məhdudiyyət qoyulub?


Topdansatış əczaçılıq müəssisələri tərəfindən dərman vasitələrinin, o cümlədən “Korvalol”, “Pişikotu ekstraktı”, “Sitramon” və digər dərmanların satışına heç bir məhdudiyyət tətbiq edilmir.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə “Paşa-K”, “Zeytun Pharmaceuticals”, “Azərimed” əczaçılıq şirkətlərindən topdansatış əczaçılıq müəssisələri tərəfindən dərman vasitələrinin satışa buraxılmaması ilə bağlı yayılan məlumatları şərh edərkən bildiriblər.

Qeyd olunub ki, ölkə ərazisində 2000-dən artıq aptek fəaliyyət göstərir və 10-15 aptekdə hər hansı bir dərman vasitəsinin olmaması, ümumilikdə həmin dərmanın olmaması anlamını vermir:

“Milli valyutanın məzənnəsində olan qısamüddətli dəyişikliklər onların topdansatış qiymətinə təsir etmir. Dərman vasitələri dövlət tərəfindən tənzimlənmiş qiymətlərlə satılır və hər hansı bir dərman vasitəsinin idxalında çətinlik yarandıqda alternativ dərman vasitələrinin idxalı həyata keçirilir. Eyni zamanda, dərman vasitəsinin həkim reseptində qeyd edilmış təsiredici maddəsinə əsasən, aptek təşkilatlarında alıcılara müxtəlif ticarət adlarında olan eyni tərkibə malik dərman vasitələri təklif olunur”.

Bununla yanaşı bildirilir ki, hər hansı aptek tərəfindən bəzi dərman vasitələrinin sifariş verilməməsi və yaxud dərman vasitəsinin yeni partiyalarının idxalındakı müvəqqəti yubanmalar topdansatış əczaçılıq müəssisələrinin dərman vasitələrini satışa buraxmaması anlamını vermir və apteklər topdansatış müəssisələr tərəfindən onların sifarışı əsasında dərman vasitələri ilə təmin olunur.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___