Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gərgin mübarizə qaldığı yerdən davam edir
Tarix: 13-02-2017 | Saat: 14:35
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər

Gərgin mübarizə qaldığı yerdən davam edir

Sabah UEFA Çempionlar Liqasında 2 aydan çox çəkən fasilə başa çatacaq.

Avropanın ən güclü klub turnirində mübarizə 1/8 final mərhələsinin ilk oyunları ilə davam etdiriləcək.

8 görüşdən 4-ü bu həftə baş tutacaq ki, bunun ikisi fevralın 14-də, digər ikisi isə birisi gün keçiriləcək.

Sabah diqqətlər daha çox PSJ - "Barselona" matçına yönələcək. Qrup mərhələsində məğlubiyyət üzü görməyən parislilər 12 xalla ikinci olmuşdular. Unay Emerinin komandası ötən həftə Fransa çempionatında səfərdə "Bordo"ya 3:0 hesabı ilə qalib gəlsə də, turnir cədvəlində "Monako"dan geri qalaraq, ikinci pillədə qərarlaşıb. Komandanın əsas "silah"ı Edinson Kavani hazırda əla formadadı. Zlatan İbrahimoviçin gedişindən sonra liderliyi üzərinə götürən uruqvaylı hücumçu Fransa çempionatının cari mövsümündə 25 qola imza atıb.

ÇL-də qrup mərhələsini birinci pillədə başa çatdıran "Barselona" da PSJ kimi, daxili birincilikdə ikinci yerdə qərarlaşıb. Luis Enrikenin yetirmələri ötən həftə La Liqada "Alaves"i darmadağın ediblər - 6:0.

"Barselona" və PSJ arasında keçirilmiş son 3 rəsmi oyunda kataloniyalılar qələbəni bayram ediblər. PSJ axırıncı dəfə "Barsa"ya 2014-cü ilin sentyabr ayında qalib gəlib.

Hər iki komandanın heyətlə bağlı problemləri var. "Alaves"lə görüşdə ayağı qırılan Aleyş Vidalla yanaşı, Xavyer Maskerano, Rafinya və Arda Turan da zədədən əziyyət çəkir. Ev sahiblərində isə Xavyer Pastore və Qrzeqorz Krixovyak zədəli, Tiaqo Motta isə cəzalıdı.

Günün digər matçında "Benfika" və Dortmund "Borussiya"sı üz-üzə gələcək. Portuqaliya çempionatında ilk pillədə qərarlaşan "qartallar" güclü rəqibi büdrətmək arzusundadılar. "Borussiya" Madrid "Real"ının da yer aldığı F qrupunda birinci olmağı bacarmışdı. Buna baxmayaraq, Tomas Tuhelin yetirmələri "Benfika" ilə oyunöncəsi son matçda məğlubiyyətlə üzləşiblər. Belə ki, dortmundlular ötən həftə Bundesliqanın XX turunda səfərdə "Darmştadt"a uduzublar.

Fevralın 15-də isə "Bavariya" - "Arsenal" və "Real" - "Napoli" matçları oynanılacaq.

"Bavariya" və "Arsenal" arasında keçirilmiş son 10 oyundan 5-də almanlar qalib gəldikləri halda, 3-də "Arsenal" sevinən tərəf olub. Digər 2 görüşdə isə heç-heçə qeydə alınıb. Komandaların budəfəki görüşü də gərgin mübarizə vəd edir. "Arsenal" İngiltərə Premyer Liqasında ötən həftə "Hall Siti"ni, "Bavariya" isə Bundesliqa çərçivəsində "İnqolştadt"ı 2:0 hesabı ilə məğlub edib.
Hər iki komandanın heyətlə bağlı problemləri var. Belə ki, münhenlilərdə Jerom Boatenq və Frank Riberi, "Arsenal"da isə Santi Kazorla, Aron Remsi və Qranit Caka zədədən əziyyət çəkir.

"Real" - "Napoli" qarşılaşmasına da maraq böyükdü. Madrid təmsilçisi nüfuz və qazandığı titullar baxımından İtaliya klubunu üstələsə də, bu görüş ev sahibləri üçün asan keçməyəcək. Bu isə "Napoli"nin son vaxtlar məğlubiyyət üzü görməməsi ilə bağlıdı. Təsadüfi deyil ki, 18 oyundu uduzmayan neapollular sonuncu dəfə ötən il, oktyabrın 29-da "Yuventus"a məğlub olublar. Çempionatda 3-cü pillədə qərarlaşan "Napoli" A seriyasında ötən həftə "Cenoa"dan güclü olub (2:0). "Real" isə oyunöncəsi son matçda La Liqada "Osasuna"nı üstələyib - 3:1.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

14 fevral
23:45. "Benfika" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)

23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)

15 fevral
23:45. "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə)
23:45. "Real" (Madrid, İspaniya) - "Napoli" (İtaliya)


Xəbəri paylaş

4588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___