Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - FOTO
Tarix: 12-02-2017 | Saat: 00:01
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - FOTO
Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndində etiraz aksiyası keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, aksiyaya səbəb kimi kənd yollarının acınacaqlı vəziyyətdə olması göstərilib.

Etirazçılar bildiriblər ki, yağıntılı havalarda yolda hərəkət mümkün olmur. Kənd mərkəzinə toplaşan sakinlər deyib ki, hətta maşınların da yoldan keçməsi mümkün deyil: "Kəndə xəstələr üçün çağırılan təcili yardım maşınları da yolda qalır".

Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev sərhəd kəndi olan Təzəkəndin yollarının bərbad vəziyyətdə olduğunu təsdiq edib, bunun içməli su xəttinin çəkilişi ilə bağlı olduğunu bildirib: "İçməli su xətti çəkmək üçün qazıntı işləri apardıq və birdən-birə hava şəraiti dəyişdi. Hava şəraiti yaxşılaşan kimi içməli su xəttinin çəkilişi başa çatdırılacaq və müvafiq strukturlar kənd yollarına çınqıl tökəcək, gediş-gəlişi yaxşılaşacaq".

Bələdiyyə sədri əlavə edib ki, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndinin kəndarası yollarına 2018-ci ildə asfalt örtük döşənəcəyi gözlənilir.

Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - FOTO
Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - FOTO
Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - FOTO
Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - FOTO



5118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___