Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - FOTO
Tarix: 11-02-2017 | Saat: 20:24
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər
Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndində etiraz aksiyası keçirilib. "Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, aksiyaya səbəb kimi kənd yollarının acınacaqlı vəziyyətdə olması göstərilib.
Etirazçılar bildiriblər ki, yağıntılı havalarda yolda hərəkət mümkün olmur. Kənd mərkəzinə toplaşan sakinlər deyib ki, hətta maşınların da yoldan keçməsi mümkün deyil: "Kəndə xəstələr üçün çağırılan təcili yardım maşınları da yolda qalır".
Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev sərhəd kəndi olan Təzəkəndin yollarının bərbad vəziyyətdə olduğunu təsdiq edib, bunun içməli su xəttinin çəkilişi ilə bağlı olduğunu bildirib: "İçməli su xətti çəkmək üçün qazıntı işləri apardıq və birdən-birə hava şəraiti dəyişdi. Hava şəraiti yaxşılaşan kimi içməli su xəttinin çəkilişi başa çatdırılacaq və müvafiq strukturlar kənd yollarına çınqıl tökəcək, gediş-gəlişi yaxşılaşacaq".
Bələdiyyə sədri əlavə edib ki, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndinin kəndarası yollarına 2018-ci ildə asfalt örtük döşənəcəyi gözlənilir.
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər

18-03-2022, 10:41
Ukrayna XİN başçısı: "Volodimir Zelenski rusiyalı həmkarı ilə görüşməyə bu gün də hazırdır"
25-07-2017, 19:13
Mehriban Əliyevanın nəvəsi ilə maraqlı FOTOSU
30-08-2015, 01:33
Baş nazirinin köməkçisi Bülənt Arınç tutduğu vəzifədən ayrıldı
10-02-2017, 17:24
Hər gün bir banan yeyin - BİLMƏDİYİNİZ FAYDALARI
11-01-2022, 11:33
Şlaqbaum quranlar 80 manat cərimələnək
25-08-2016, 22:56
Ölən həyat yoldaşını 12 km çiynində daşıdı - Maşın vermədilər... - VİDEO
5-02-2016, 19:42
Peyğəmbəri təhqir edən aparıcı canlı yayımda öldü - ŞOK VİDEO
29-04-2017, 13:10
Kəsmiyin qadın orqanizminə xeyri...
16-05-2017, 12:24
Bürclər öz həyatını necə məhv edir?