Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Reina” terrorçusu haqda qərar verildi
Tarix: 11-02-2017 | Saat: 19:12
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

“Reina” terrorçusu haqda qərar verildi


Yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda qətliam törədən özbək əsilli terrorçu Əbdülqədir Mşaripov ədliyyəyə sövq olunub.

Yanvarın 15-də Esenyurtda gizləndiyi evdə saxlanılan terrorçunun İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsindəki sorğusu yekunlaşdırılaraq o, bu gün İstanbul Çağlayan Ədliyyəsinə aparılıb.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.

Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov İstanbulun Esenyurt vilayətində İŞİD hücrəsinə edilən hücum nəticəsində 4 nəfərlə birlikdə saxlanılıb.

***

“Posta” qəzetinin məlumatına görə, “Reina”da terror törədən Ə. Maşaripov 26 günlük sorğudan sonra bu gün məhkəməyə çıxarılıb. Onun haqqında “İŞİD terror təşkilatının üzvü olmaq”, “”39 nəfəri qəsdən öldürmək”, “sənədsiz silah gəzdirmək” cinayət maddələri üzrə həbs qətimkan tədbiri seçilib.

Terrorçu İstanbulun Silivri rayonundakı həbsxanaya göndərilib.


Xəbəri paylaş

9888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___