Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürətli yollarda təmizliyi daha qadınlar aparmayacaqlar
Tarix: 11-02-2017 | Saat: 15:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sürətli yollarda təmizliyi daha qadınlar aparmayacaqlar


Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyi (BNA) küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə təkliflərini dəstəkləyib.

BNA-dan verilən məlumata görə, Agentlik küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə 15.11.2016-cı il tarixində Nazirlər Kabinetinə bir sıra təkliflə müraciət edib. Müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi işləri həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməsinə dair məsələlər öz əksini tapıb.

Qeyd edilən təkliflər aidiyyəti dövlət qurumları tərəfindən məqsədəmüvafiq hesab edilib.

Artıq Nazirlər Kabineti bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb.




Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___