Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rayonlarda kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA - VİDEO
Tarix: 09-02-2017 | Saat: 15:34
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Rayonlarda kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA - VİDEO



Bu gün paytaxt Bakı ilə rayonlar arasında həm kredit məbləğləri, həm də faiz dərəcələri üzrə ciddi fərqlər var.

"Xəbəraz.az " xəbər verir ki, ARB TV-nin "Günün Ardınca" verilişi məsələylə bağlı reportaj hazırlayıb.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, 16.27 milyard manatlıq ümumi kredit portfelinin 85 faizi paytaxtın payına düşür. Bundan başqa, Bakı ilə rayonlar arasında kredit faizlərində də fərq var.

Vüqar Bayramov: "Əgər Bakıda kreditlər 10 faizdən azdırsa, əksər rayonlarda orta göstərici 20 faizdən yüksəkdir. Ən yüksək kredit faizləri aran iqtisadi rayonunda qeydə alınır. Məsələn, orada kreditlər üzrə orta faiz 22.6 faizdir".

Mövcud vəziyyət təbii ki, iqtisadiyyata təsirsiz ötüşmür.

Rəşad Həsənov - ekspert: "Burada faktiki olaraq müşahidə olunan disbalans regionlarla paytaxt arasındakı iqtisadi inkişaf səviyyəsindəki ziddiyyətlərdən xəbər verir".

İqtisadçı Samir Əliyev bunu regionlarda iqtisadi aktivliyin zəif olması ilə bağlıyır: "Bakıda kreditlərə tələb daha çoxdur. Digər məsələ isə regionlarda əhalinin sosial vəziyyətinin paytaxtla müqayisədə daha aşağı olmasıyla bağlıdır. Regionlarda insanlar kreditlərə daha az müraciət edir".

Amma səbəblər təkcə bundan ibarət deyil. Banklar da rayon sakinlərinə kredit verməyə risk etmirlər.

Samir Əliyev - ekspert: "Təbii ki, risk regionda daha çoxdur. Bakıda götürülən kredit biznesə yatırılırsa, bu qısa müddətdə özünü doğruldur. Alqı-satqı prosesi yüksək olduğuna görə mal dövriyyəsi yüksəkdir. Bu da kreditin vaxtında qaytarılmasına gətirib çıxarır".

Bu gün ən çox ehtiyac duyulan ipoteka kreditləridir ki, burada da vəziyyət fərqli deyil.

Vüqar Bayramov - ekspert: "İpoteka kreditlərinin əhəmiyyətli hissəsi Bakının payına düşür. Elə rayonlar var ki, ipoteka kreditləşməsi başladıqdan sonra cəmi 1 ipoteka krediti ala biliblər. Nəticədə ipoteka kreditləri üzrə faiz dərəcəsinin aşağı olması orta faiz dərəcəsinə təsir göstərir. Eyni zamanda biznes kreditlərinin əhəmiyyətli hissəsi Bakının payına düşür. Banklar rayonlarda biznes kreditləri təklif etməkdə maraqlı deyillər".

Vüqar Bayramov bildirir ki, vəziyyət yaxşı olmasa da, çıxış yolu var: "İpoteka kreditlərində rayonlar üçün limit müəyyənləşdirilsin. Biz təklif edirik ki, ipoteka kreditlərinin ən azı 50 faizinin rayonlara verilməsi qanunlaşdırılsın. Bu o deməkdir ki, əgər il ərzində 100 milyon manat ipoteka krediti verilirsə, artıq onun 50 milyon manatını rayonlara verilməsi həyata keçirilsin".

Neftin qiymətinin düşdüyü bir dönəmdə əsas məqsəd qeyri-neft sektorunun inkişafına nail olmaqdır ki, bu yöndə işlər görülür. Bu işlərdən biri də kredit şərtlərinin paytaxtla rayonlar arasında bərabərləşdirilməsi olmalıdır.

Rəşad Həsənov - ekspert: "Bu, özü də biznesin, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına öz mənfi təsirini göstərir".

Problemli məsələlərdən biri də kredit götürülərkən qoyulan girovlarla bağlıdır. Müşahidələr göstərir ki, rayonlarda olan daşınmaz əmlak girovlarını banklar götürmür.

Ümid edirik ki, tezliklə kredit şərtləri rayonlar və paytaxt üzrə nisbətən bərabərləşdiriləcək. Bu iqtisadiyyatımızın daha da inkişaf etməsində böyük rol oynayacaq.



Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___