Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gələn ay Sərkisyanın istefası tələb ediləcək
Tarix: 08-02-2017 | Saat: 21:11
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Gələn ay Sərkisyanın istefası tələb ediləcək


2008-ci ilin qanlı 1 mart hadisələrinin növbəti ildönümü yaxınlaşdıqca Ermənistanda siyasi vəziyyət gərginləşir. Bununla bağlı İrəvanda ümumxalq mitinqi keçiriləcək. Aksiyada iğtişaşlarda birbaşa əli olan Ermənistan rəhbərliyinin istefası tələb ediləcək.

“Təsisçi parlament” hərəkatı martın 1-də İrəvanda keçiriləcək mitinqə “Erməni cəllad Serji yıxacağıq” şüarı ilə qoşulacaq. Hərəkat üzvləri rejimi zəiflətmək üçün tabe olmamaq aksiyalarına başlanılacağını bəyan ediblər. Ermənistan Milli Konqresi də ölkə vətəndaşlarını İrəvanın əsas meydanına toplaşmağa çağırıb. Fraksiyanın rəhbəri Levon Zurabyanın məlumatına görə, aksiya əvvəlkilərdən fərqli olacaq. Vəzifədən uzaqlaşdırıldıqdan sonra S.Sarkisyanın rəqibinə çevrilən keçmiş müdafiə naziri Seyran Ohanyanın da mitinqdə iştirakı gözlənilir. Etirazçılar Ermənistanın iflasına səbəb olan hakimiyyətin istefasını tələb edəcəklər.

S.Sarkisyanın 2008-ci ilin 1 mart hadisələrində birbaşa əli olduğu bildirilir. Həmin gün baş verən qanlı toqquşmada 10 dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Daha 100 nəfər isə həbs edilib. Həmin hadisələrin araşdırılması və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. Mitinqdə cinayət işinə yenidən baxılması da tələb ediləcək. Həmçinin “Təsisçi parlament” hərəkatının həbsdə olan liderlərinin azadlığa buraxılması üçün beynəlxalq qurumlara məktub ünvanlanacaq.



Xəbəri paylaş

7528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___