Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı Quliyev: “Bu gün Azərbaycanda “əmioğlu” sindromu iaşə sistemini məhv edir” – FOTO
Tarix: 07-02-2017 | Saat: 09:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hacı Quliyev: “Bu gün Azərbaycanda “əmioğlu” sindromu iaşə sistemini məhv edir” – FOTO

“Dünya artıq “Fast-food” yeməklərindən qaçır. Heç istəməzdim ki, Azərbaycanda “Fast-food” sistemi bu cür sürətlə inkişaf etsin. Çünki adını çəkmək istəmədiyim dünya brendləri olan “Fast-food” restoranlarında eyni yağda kartofu bir neçə dəfə qızardırlar. Bu, genofondumuz üçün çox böyük təhlükədir.”

"Xəbəraz.az " məlumatına görə, bunu “Lider TV”də aparıcı Mətanət Ağamirlinin təqdimatında yayımlanan “Seçim” verilişində qonaq olan Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev sağlam qidalar mövzusunda danışarkən deyib.

H.Quliyev qeyd olunan məsələlərdə problemlərin başlıca səbəblərinin nədən qaynaqlandığını açıqlayıb:

“Nə qədər ki, məktəblərimizdə, universitetlərimizdə “əmioğlu” sindromu var, biz bu problemlərlə qarşılaşacağıq. Hər bir müəssisənin rəhbəri elə düşünür ki, əgər mən burada rəhbərəmsə, əmim oğlu bufeti, kafeni idarə etməlidir. Yanaşma dəyişməlidir. Çünki həmin “əmioğlular” peşəkar deyillər, düzgün idarə etməyi də bilmirlər. Amma ixtisaslaşmış peşəkar şirkətlər var ki, onlar bu cür kafeləri bütün norma və qaydalara uyğun idarə edə bilmək bacarığındadırlar. Bu gün Azərbaycanda “əmioğlu” sindromu iaşə sistemini məhv edir.”

Vitse-prezident daha sonra sahibkarlara səslənib. O, bildirib ki, sahibkarlar rəhbəri olduqları yemək şirkətlərinin hazırladıqları yeməklərin keyfiyyətinə daha çox məsuliyyətli yanaşsalar müsbət nəticə əldə etmiş olarıq:

“Əks halda, bu, gələcəyimizə, genofondumuza çox böyük zərər verə bilər, çox ciddi təsir edə bilər. Həmin nəzərdə tutulan şirkətlər yeməklərin hazırlanmasında dünya sənayesinin qadağan etdiyi məhsullardan istifadə etməsinlər!”
Hacı Quliyev: “Bu gün Azərbaycanda “əmioğlu” sindromu iaşə sistemini məhv edir” – FOTO
Hacı Quliyev: “Bu gün Azərbaycanda “əmioğlu” sindromu iaşə sistemini məhv edir” – FOTO


Xəbəri paylaş

1 0598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___