Bakı Mühəndislik Universitetinin yerləşəcəyi bina müəyyənləşib
Tarix: 06-02-2017 | Saat: 17:07
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Bakı Mühəndislik Universitetinin yerləşəcəyi bina müəyyənləşib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə report-a Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, BMU-nun rektor səlahiyyətlərini icra edən Sülhəddin Gözəlov məlumat verib.
Onun sözlərinə görə, yeni təhsil müəssisəsinin inzibati binası fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin əvvəlki binası olacaq.
S.Gözəlov vurğulayıb ki, Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti olub.
Nazirlik rəsmisi xatırladıb ki, qış imtahan sessiyasından sonra Qafqaz Universitetinin bütün tələbələrinin bir universitetdə - Azərbaycan prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılan Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Bakı Mühəndislik Universiteti ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaq.
Xəbəri paylaş
9038 dəfə oxunub.
Digər xəbərlər

19-05-2016, 16:12
Belçika Kralı İlham Əliyevi təbrik etdi
22-11-2022, 13:09
Azərbaycanda “patı”, “şüşə”nin dövriyyəsi rekord həddə çatıb - DGK
13-03-2023, 08:41
Onlar tabe olmur, tabe etdirirlər! – Ən hegemon 5 BÜRC
31-03-2018, 12:13
Mehriban Əliyevadan yanğın qurbanlarına - 1,8 tonluq yardım
13-09-2022, 10:44
Yaxın günlərdə toyu olacaqdı: Şəkidə qarğıdalı yeyən gənc öldü
27-11-2015, 16:22
Hafiz Hacıyev Əli Həsənova başsağlığı verdi
15-06-2016, 16:17
Rusiya Ukraynaya yeni hücum planı hazırlayıb
9-05-2016, 07:20
Elman Rüstəmov: "İlin sonuna kimi manat..."