“Məni şor qiymətində görürlərsə...” - “Bəxt üzüyü”nün Moşusu
Tarix: 02-02-2017 | Saat: 15:05
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
“45 il fasiləsiz teatrda çalışmışam. Teatrsız çox çətindir, nə etmək olar? Sadəcə olaraq dözürəm. Məni heç vaxt seriallarda rol almaq üçün dəvət etməyiblər. Səbəbini bilmirəm”.
Bu sözləri açıqlamasında xalq artisti Valeh Kərimov bildirib.
“Bəxt üzüyü” filminin Moşusu indi serial və filmlərdən şikayətlənib:
“Bəhlul Danəndənin yaxşı bir sözü var: “Qatıqla yağa eyni qiymət vermək olmaz”. Əgər məni şor qiymətində görürlərsə, şor qiymətinə, yağ qiymətində görürlərsə, yağ qiymətinə çağırsınlar. İndi film və serial sektorunda qeyri-ixtisasda olan şəxslər var. Bərbər, tibb bacısı, bir sözlə, hamı filmə çəkilir. Bir aktyor-aktrisalardan başqa... Başa düşmürəm, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti nəyə lazımdır?
Çəkən rejissorlar da təhsil almayıblar. Onlar ancaq gördüklərini reallaşdırırlar. Yaxşı pul qazanırlar. Camaat bir barmaq göstərəndə güləcəksə, eybi olmaz, qoy gülsünlər. Həlim filmlər baxdığın müddətdə yadda qalacaq, sonra unudacaqsan. Ancaq Azərbaycan kinolarını insanlar yadda saxlayır. İndiki kinolardakı ifadələr kəlama çevirilmir”.
Aktyor söyləyib ki, prezident təqaüdçüsü olduğu üçün dolanışı yaxşıdır:
“Mənim dolanışım pis deyil, prezident təqaüdçüsüyəm, 1300 manat pul alıram. Mən bircə teatr, səhnə və sənət üçün darıxıram, yuxularımda görürəm”.
Xəbəri paylaş
7928 dəfə oxunub.
Digər xəbərlər

26-06-2015, 12:59
Kişilərin 10 intim sirri
2-10-2016, 12:32
Papa Fransiskin iştirakı ilə keçirilən dini mərasim başa çatdı FOTO
24-08-2018, 16:28
Prezident və xanımı park kompleksində - Fotolar
28-01-2021, 10:48
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ
12-07-2020, 18:24
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu, 8 pasiyent vəfat etdi
8-07-2015, 18:11
Kim Çen In daha bir nəfəri edam etdi
24-05-2019, 10:08
İlham Əliyev Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etdi
24-01-2017, 17:13
Azərbaycanın bu rayonunda 11 illik məktəblər LƏĞV EDİLİR
17-01-2016, 16:36
Qubada oteldə öldürülən qadının GÖRÜNTÜLƏRİ
12-06-2017, 14:26
Səyahətə çıxanların nəzərinə