Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Maşın aşdı, düşdük maşının altına" - Mikroavtobus aşdı - VİDEO
Tarix: 01-02-2017 | Saat: 20:36
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Maşın aşdı, düşdük maşının altına" - Mikroavtobus aşdı  - VİDEO


19:21

Gəncədə yol qəzası baş verib.
"Xəbəraz.az " ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən, içərisində iki ailənin 8 nəfər üzvü olan "Mercedes Vito" markalı mikroavtobus aşıb. Qəza zamanı 31 yaşlı Elşad Paşayev dünyasını dəyişib.

Ağcabədi rayon sakinləri, 59 yaşlı Valodya Paşayev, Sevil Paşayeva və nəvələri 18 yaşlı Röyal Gülmalıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətiriliblər.

Elbrus Elyazov - həkim: "Ağcabədi rayonunun Həzi Aslanov küçəsində yaşayan Valodya Paşayevin bədəninin müxtəlif yerlərində əzilmiş, sıyrılmış yaralar aşkar edilib. Həyat yoldaşı Sevil Paşayevaya alın nahiyəsinin çoxsaylı əzilmiş-sıyrılmış yarası və sağ mil bilək sümüyünün sınığı diaqnozu qoyulub. Kömək göstərilib. Halı kafi vəziyyətdədir. Nəvələri, 18 yaşlı Röyal Gülmalıyevin boynunun sol hissəsində sıyrıntı var".

Xəsarət alan Valodya Paşayevin sözlərinə görə, Ağcabədidən Gəncəyə qızıgilin evinə qonaq gəliblərmiş. Hadisə rayona geri qayıdan zaman olub.

Valodya Paşayev - xəsarət alan şəxs: "Gəncədən çıxanda maşın sürüşdü. Yol sürüşkən olub. Maşın aşdı, biz də düşdük maşının altına".

Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.





----------

16:35

Gəncə şəhərində mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicəyə buraxılıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, onlara ilkin tibbi yardım göstəriləndən sonra vəziyyətləri normallaşıb.

Qeyd edək ki, Gəncədən Bakı istiqamətində hərəkətdə olan "Mecedes Vito" markalı mikroavtobus bu gün idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.

-----------

15:50

Gəncədə mikroavtobus aşıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə Gəncənin şərq çıxışında qeydə alınıb. Gəncədən Bakı istiqamətində hərəkətdə olan "Mecedes Vito" markalı mikroavtobus aşıb.

Hadisə avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər böyük, iki nəfər azyaşlı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya yolun buz bağlamasının səbəbə olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.



Xəbəri paylaş

7788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___