Kimsəsiz şəxslər xəstəxanalarda saxlanılacaq - GÖSTƏRİŞ VERİLDİ
Tarix: 01-02-2017 | Saat: 15:12
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Səhiyyə naziri tərəfindən kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq göstəriş verilib.
"Xəbəraz.az "-ın məlumatına görə, hazırda müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən kliniki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.
Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.
Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.
Bu günlər havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən tibbi müəssisələrə bu sahədə gündəlik olaraq görülən işin daha da gücləndirilməsi göstərişi verilib. Soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.
Qeyd edək ki, keçən il ahıl və kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq qərarlar qəbul edilib.
Xəbəri paylaş
8788 dəfə oxunub.
Digər xəbərlər

11-01-2016, 12:44
Şabranda mikroavtobus yandı
1-10-2016, 20:07
Paytaxtın ortasında porno film göstərdilər
28-09-2017, 18:16
Azərbaycanlı müğənni 11-ci dəfə əməliyyat olunacaq - VİDEO
14-09-2016, 21:14
"İqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir" - Ermənistanın yeni baş naziri
28-08-2016, 09:14
İlanı tapdaladı, xəstəxanalıq oldu
21-01-2020, 16:25
Baş Prokurorluq Nərminlə bağlı daha bir sayta xəbərdarlıq etdi
12-04-2016, 12:31
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
22-06-2023, 11:33
Şakira yenə Pikedən DANIŞDI: "Öpüşmək üçün təyyarəni endirdim"