Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müğənni Damladan Oqtay Əliyevə cavab: "Ali təhsilli biri "ulayır" deyirsə..." - MÜSAHİBƏ
Tarix: 01-02-2017 | Saat: 15:05
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV / Müsahibə | çapa göndər

Müğənni Damladan Oqtay Əliyevə cavab: "Ali təhsilli biri "ulayır" deyirsə..." - MÜSAHİBƏ


Son vaxtlar Azərbaycanda xeyli populyarlıq qazanan müğənni Damlanın müsahibəsini təqdim edirik.

- Əvvəlcə adınızdan başlayaq. Damla adı necə yarandı?

- Bu ad illər öncə, 2012-ci ilin sonu, 2013-cü ilin əvvəllərində prodüser Rəhman Əliyev tərəfindən mənə verilib. Məqsəd isə səhnə adımın öz adımdan fərqli olması idi. Səs tembrim başqalarından seçildiyi üçün məsləhət gördü ki, adım da başqa olsun, insanlarda maraq oyansın. Damla türk adıdır. Rəhman bəy dedi, qoy insanlar maraqlansınlar ki, bu müğənni türkdür, yoxsa azərbaycanlı. O məqsədlə bu ad mənə verildi. Çox düşərli oldu. Öz adımı çox adam bilir, Məsumədir.

- Tez bir zamanda məşhurlaşdınız. Hazırda youtube kanalında ən çox izlənilən müğənnisiniz. Bu populyarlığa necə nail oldunuz, bunu gözləyirdiniz?

- Belə bir söz var, deyirlər ki, bir gecədə məşhurlaşdı. Bəziləri deyir, bəxtəvər, bir mahnı oxudu, ulduz oldu. Əslində belə deyil. Burda illərin əziyyəti, zəhməti var. İstər orta-ixtisas musiqi ixtisasım, istər ali təhsilim – bunlar uzun zamanımı alıb. Uzun müddətdən sonra nailiyyətlər bir-birinin ardınca düzüldü. Burda ilk növbədə səbr, dözüm, iradə, təhsil rol oynayıb. Hər şey qalsın bir yana, tez bir zamanda tanınmağın ən əsas sirlərindən biri də kimsəni yamsılamamağım oldu. Mən səhnədə sözünü demiş, tanınmış, sevilən müğənnilərə özümü bənzətmədim, onlar kimi geyinmədim. Hər gün fərqli makiyaj, saç rəngi, qalmaqallar, gündəmi silkələyən atmacalar... Mən onların tam əksi oldum. Ona görə də dinləyici üçün Damla maraqlı gəldi, rəğbət qazana bildim.

- Sizi maraqlı edən məqamlardan biri də meyxanaçı Pərviz Bülbülə ilə olan duetinizdir. Bu duet necə yarandı?

- Bəlkə də inanmayacaqsınız, amma bu, bir təsadüf nəticəsində yarandı. Özəl televiziya kanallarından birinə dəvət almışdım. Yay ayları idi. Efirə gedəndə tıxaca düşdük, gecikdik. Prodüserim Şamil maşını necə sürürdü, təsəvvür edin. Zülmlə gəlib çatdıq. Efirin birinci hissəsi yayımlanmışdı. Reklam arasında özümüzü güclə verilişə çatdırdıq. Tər-suyun içində, qaranəfəs, təngənəfəs girdim efirə. Bir onu soruşa bildim ki, mən verilişdə kiminlə birlikdə qonağam? Dedilər Pərviz Bülbülə ilə. Öz-özümə dedim ki, bunlar niyə məni meyxanaçı ilə eyni verilişə salıblar, mən onunla nə danışacam, biz nə barədə söhbət edəcəyik? Meyxanaçı deyiləm ki, onunla deyişim. Öz-özümə bunları düşünüb əsəbləşdim. Proqram əsnasında o, şeir dedi, mən mahnı oxudum. Verilişdən çıxdıq. Yenə tıxacla evə qayıdırdım. Bir də gördüm ki, maşınlardan verilişin səs-sədası gəlir. Prodüserimlə bir-birimizə baxdıq ki, necə oldu belə tezliklə veriliş yayıldı?Çox təəccübləndik. Çünki verilişdən saat yarım idi çıxmışdıq. Bu, bir naxış idi. Mən Pərviz bəylə duet ortağı deyiləm, nə mən meyxana deyirəm, nə o, mahnı oxuyur. Biz sadəcə olaraq proqramda musiqili həmsöhbət olduq. Bu da tamaşaçı üçün maraqlı gəldi. Ümumilikdə bizdə duet anlayışı yoxdur. Biz duet ifaçıları deyilik.

- O uğurdan istifadə edib davamını da gətirə bilərdiniz.

- Təkrarçılığı sevməyən insanam. Təkrarçılıq yoruculuq yaradır. Ona görə də düşünürəm ki, bir dəfə oldu, bəs etdi. İkinci dəfə yamaq ola bilərdi. Elə belə yaxşı idi. Biz səsyazma studiyasına gedib mahnı yazdıra bilərdik, nəsə edə bilərdik. Amma nə mən, nə də Pərviz buna ehtiyac duydu. Çünki mən müğənniyəm, Pərviz meyxanaçı. Bəlkə ikimiz də müğənni olsaydıq və ya ikimiz də meyxanaçı olsaydıq, bunu reallaşdıra bilərdik. Amma biz ayrı-ayrı sahənin insanları olduğumuz üçün heç bir şey etmədik.

- Sizin qəfil yaranan işbirliyiniz bir anda səs-səda yaratdığı kimi, şəxsi həyatınızdan da yan keçmədi, sevgili olduğunuz haqda söz-söhbətlər yayıldı.

- İnanın səmimiyyətimə. Sosial şəbəkələrdə, internetdə Pərvizlə duetimiz, şəkillərimizə yazılan şərhlər mənə çox pis təsir etdi. “Sən camaatın ailəsini dağıdırsan”, “imkan vermirsən millət həyatını yaşasın”, “sən nə arsız insansan” və s. bu kimi şərhlər yazırlar. Bütün bunlardan sonra depressiyaya düşdüm. Bilirsiniz ki, Pərvizin də prodüseri Nicat onun qaynıdır. Biz anında Nicata zəng etdik, həyəcanla dedim ki, sənə qurban olum, bu nə söz-söhbətdir gəzir? O da cavab verdi ki, “narahat olmayın, Pərvizin həyat yoldaşı mənim bacımdır, onların çox xoşbəxt ailəsi, övladları var. Siz sənətçisiniz, burada bir işbirliyi var. Qətiyyən camaatın dediyinə inanma. Belə söz-söhbətləri boş ver, özünü günahlandırma. Qoy danışsınlar”. Onun bu sözlərindən sonra rahatlaşdım.

- Səsiniz, sənətiniz, mahnılarınız qədər şəxsi həyatınız da gündəmdədir. Bir müddət əvvəl də keçmiş həyat yoldaşınızla adınız hallandı. Əslində bu məsələdə həqiqət nə idi?

- Hər zaman özəl həyatımı mediadan gizlətmişəm. Hətta övladımı belə gizlətmişəm. Çünki mən sənətçiyəm, yalnız mahnılarım və işimlə insanların qarşısında olmalıyam. “Damla saçını kəsdirdi, dodaqların böyütdü, burnun əməliyyatı etdirdi, açıq sinə dekoltesi geyindi, saçının rəngini yaşıla boyadı, oğlunu məktəbə apardı, həyat yoldaşı oradan gəldi-buradan getdi” - bunlar tamamilə mənim xarakterimə, ruhuma yad mövzulardır. Bacardığım qədər bu söhbətlərdən aralı qaçıram. Heç bir zaman da açıqlama vermirəm. Media hər həftə mənim haqqımda bir xəbər çıxarır. Amma heç bir cavab ala bilmirlər. Çünki kimsə yatıb yuxuda nəsə görüb onu işıqlandıracaqsa, kimsə ətrafımda, çevrəmdə məni həzm edə bilməyəcəksə, hərənin ağzından bir söz eşidib onu ortalığa çıxarıb yazacaqsa, “Damladan yazdım”, - deyib oxucuları cəlb etmək istəyəcəksə, məni arada qurban edəcəksə, ən gözəl mövqe neytral dayanmaqdır. Heç bir yerdə bu haqda açıqlama verməmişəm. Mənim keçmiş həyat yoldaşım övladımın atasıdır, bizim başımızın tacıdır, illər də keçsə, bizim o insanla sonsuza qədər dəyərimiz var. Heç bir zaman övladımı ona qarşı böyütməmişəm, böyütmərəm də. O, mənim oğlumun atasıdır. Mən oğlumu heç vaxt incitmərəm. Milyonlar da versələr, onun əksinə heç bir ifadə işlətmərəm. Sadəcə olaraq bu söz-söhbət yayıldı və mən dedim ki, bağlayaq, gəlin məndən danışaq, yeni mahnılarım, yeni klipim, yeni işlərim var. Yenə cavabsız qalacaq bu söhbətlər. Çünki mən Damlayam, mən ifaçıyam.

- Xəzər telekanalında yayımlanan “5/5” verilişində qonaq oldunuz. Bu efirdə qalmaqal yaşandı. Hər kəs maraqlanır ki, siz niyə Zaura cavab vermədiniz?

- Biz efirdə canlı yayımda idik. Bilirsiniz ki, canlı yayım bir neçə dəqiqə efirə gec gedir. O kadrlara diqqətlə baxanda görürsünüz ki, mən Zaura necə təəccüblə baxıram. Zaur mənə əli ilə işarə edib dedi ki, “bu, efirə getməyəcək, narahat olma, mən o cür demək istəmirdim”. Çünki mənim Zaur bəylə açıq zarafatım, açıq münasibətim yoxdur. Ona görə də mən efirdə rahat oturdum, heç bir reaksiya vermədim. Həqiqətən də tamaşaçılar efirin tam versiyasına baxsalar görərlər ki, həmin yerlərdə səs alınıb, o yerlər efirə getməyib. Sadəcə içəridən, “Xəzər” telekanalının əməkdaşlarından, Zauru, məni istəməyən adamlardan kimsə həmin kadrarxası materialı götürüb, yerləşdiriblər youtube-a. Bu da ona görə yayılıb ki, Damla və “Xəzər” telekanalını gözdən salsınlar. Lakin kim qınaq obyektinə çevrildi? “Xəzər” telekanalı və onun əməkdaşı. Öz baltaları ilə özlərini kəsdilər. Mənə heç bir şey olmadı. Mənə kimsə haqsızlıq etmək istədi, özü ağır cəzasını aldı. Susmaq ən böyük qalibiyyət, ən böyük qələbədir. Zaur orada rayon ləhcəsi ilə danışdı, “bunu alan vurub e” dedi. Qərb zonasında, gürcüstanlılarda belə bir söz var, ləhcə ilə deyirlər ki, “az onu alan vurub e”. Yəni ki, onu alan qazanıb, udub. Niyə demirsiniz ki, Damlanın həyat yoldaşı əlinə oxlov alıb onu döyüb, vurub, əli döyən kişi olub!? Vurub sözünü niyə bu mənada yozmursunuz, başqa mənada yozursunuz? Amma real olaraq o kəlmə mənə deyilsəydi, başqa sözlər də işlənsəydi və efirə getsəydi, mən efiri tərk edərdim və Zaur bəydən açıqlama istəyərdim. Deyərdim, Zaur, tamaşaçılara açıqlama ver, milləti çaşqınlığa salma. Mən özümə dəyər verən və özümə hörmət edən xanımam. Anında efiri tərk edərdim.

- Yeri gəlmişkən, həyat yoldaşınız siz vururdu? Boşanmanıza səbəb bu olub?

- Heç bir zaman barmağının ucu belə, mənə toxunmayıb. Həyat yoldaşımla bir il yarım rəsmi nikahda olmuşuq. Amma əslində ondan əvvəl bizim evliliyimiz pozulmuşdu. Heç bir zaman bizim aramızda nə söyüş, nə etik normalardan kənar ifadə, nə əl qaldırmaq olmayıb. Allaha and olsun ki, onun mənə səsinin tonu belə yüksəlməyib. Ona qarşı haqsız danışa bilmərəm. Keçmiş həyat yoldaşım heç mənim üstümə də qışqırmayıb. Ayrılığımızın səbəbi nə vurmaq, nə döymək, nə də söyməkdir. Bizim evliliyimiz başqa bir səbəbə görə pozuldu. Bu da qismətdir.

- Bir çox ailələrin dağılmasına səbəb sənət olur. Xanımlar deyir ki, həyat yoldaşım oxumağa qoymurdu.

- Qətiyyən. Ailəli olanda Mədəniyyət və İncəsənət Universitetində tələbə idim. Sənətimin ailəmlə heç bir əlaqəsi olmayıb. Məni də həmin təhsil ocağına həyat yoldaşım aparıb gətirirdi.

- Yenidən ailə qurmaq istərdiniz?

- Ailə... Bunlar qismətə, şansa bağlı məsələlərdir. Bir il əvvəl demişdim ki, mən heç vaxt ailə qurmayacam. İndi bilmirəm, yaş özünü göstərir, yoxsa o zamanlar daha məqsədyönlü idim ki, nə olur-olsun bir ilə istədiyim pilləyə çatacam. Keçən il məqsədim ancaq bu idi. Amma bir qız övladımın olmasını çox istəyirəm. Həyatı boyu da qeyri-rəsmi övlad dünyaya gətirmərəm. Qanuni nigahdan qız övladı istəyərəm. Amma ilk növbədə qarşımı kəsən oğlumdur. O, bunu istəməsə həyatı boyu belə bir addım atmaram.

- Sənətə gələnlər qurban verməkdən çox danışır. Siz nəyi qurban vermisiniz?

- Bu sözü kim loqo kimi yaradıb bilmirəm. Niyə, nəyi qurban verməliyəm ki? Bu sənət qurban yox, əziyyət, yuxusuz gecələr, səbr, dözüm, güc tələb edir. Təsəvvür edin, sənin haqqında bu qədər yerli-yersiz söz-söhbətlər gəzir, havalanırsan. Amma hamını tək-tək qarşına qoyub başa sala bilməzsən ki, bu məsələ belə idi, elə deyildi, əslində belə olmuşdu. Hamını tək-tək cavablandıra bilməzsən. Ona görə də bu sənət dözüm tələb edir.

- Siz mərhum müğənni Şəfanın mahnıların ifa etmisiniz. Lakin onun yaxınları icazə almadığınızı bildiriblər. Qədir Qızılsəsin də mahnılarını oxumusunuz. Bir müddət əvvəlsə Qədir müəllim onun mahnılarını icazəsiz oxumağa qadağa qoyduğunu dedi. Həmin mahnıları oxuyarkən icazə almısınızmı?

- Prodüserimə yanlış zəng olub. Əksinə, Şəfanın yaxınları bizə zəng vurub dedilər, biz fəxr edirik ki, bizim Şəfamızı yaşadırsınız. İcazə almadığımı deyən insanı heç onlar da tanımadılar. Dedilər ki, bizim əhatəmizdə elə bir insan yoxdur. O kim idisə öyrədilmiş zənglər idi. Bu məsələyə də efirdə aydınlıq gətirildi. Mən həyatı boyu heç kəsə qarşı hörmətsizlik etmərəm. Ən əsası da Qədir Qızılsəsə. O, illərin sənətçisidir, yaşca məndən böyükdür, səhnədə öz sözünü deyib. Mən necə özbaşınalıq edib onun mahnılarını oxuya bilərəm?! Bu yaxınlarda Baloğlan Əşrəfovun da repertuarında olan bir mahnını oxuyacam. Hava limanında rastlaşdıq, iki daşın arasında ondan icazəni aldım.

- Sənətdə mahnı, səs qədər xarici görünüş də önəmlidir. Özünüzə nə qədər vaxt ayırırsınız, gözəlliyinizi necə qoruyursunuz?

- Bu, sizin gözlərinizin gözəlliyidir. Gözəl qalmağımın sirrini bilmirəm. Bu suala cavab verə bilməyəcəm. Adətən insanı cavav saxlayan, təravətli edən onun daxili dünyasıdır. Nə qədər xəbis, paxıl olacaqsan, için qurdlu olacaq, o, sənin dərinə də təsir edəcək, baxışlarına da, gözlərinə də. İnsan hər zaman daxilən rahat olmalıdır. Nə qədər rahat olsan, bir o qədər gənc, cavan qalacaqsan. Bəli, burun əməliyyatı etdirmişəm. Bunu da gizlətmirəm. Burun əməliyyatı etdirməyimin də səbəbləri vardı. 10-12 kilo arıqladım. Üzüm kök olanda burnum hiss olunmurdu. Çəki atanda artıq burnumun böyüklüyü gözə çarpdı. Ondan da əlavə, burun çəpərinin əyriliyi o həddə gəlib çatmışdı ki, mən yatdığım otaqda xorultudan heç kim dayana bilmirdi. Artıq utanırdım. Bir gün rəfiqəmgildə qaldım, dedi səhərə qədər sənin xorultundan yata bilmədim. Kompleksim yarandı və əməliyyata getdim. Lakin qəti burun əməliyyatı etdirmək istəmirdim. Hər zaman da deyirdim ki, əməliyyat etdirməyəcəm. Amma getdikcə komplekslərim yaranmağa başlamışdı.

- Müğənnilikdən əvvəl nə işlə məşğul olurdunuz?

- Tikinti şirkətlərindən birində kompüterdə çalışırdım. Lakin musiqi təhsilim də var. Fikrət Əmirov adına orta-ixtisas musiqi məktəbini bitirmişəm.

- Səhv etmiriksə, Sumqayıtda yaşayırsınız.

- Bəli. Burtada utanılacaq heç nə yoxdur. Utanacağım, acı bir keçmişim yoxdur. Bəli, hazırda Sumqayıtda ailəm, atam, anamla birlikdə yaşayırıq.

- Oqtay Əliyev müsahibəsində deyib ki, internetdə ən çox axtarılan müğənni var, amma o oxumur, ulayır. Bu sözlərin sizə ünvanlandığı iddia olunur.

- Oqtay bəyin haqqına girə bilmərəm. Bəlkə başqa bir ifaçını nəzərdə tutub. Bununla belə, ailə təhsilli, oxumuş, intellektual səviyyəli, musiqi bilicisi olan bir kəs leksikonunda “ulayır” ifadəsi işlətməz. Çünki “ulayır” sözü heyvana aiddir, çaqqal, canavar və itlər ulayır. Alicənab bir insan hansısa xanıma və ya bəyə heyvana aid olan ifadə işlədirsə, mən o insan haqqında heç bir zaman fikir bildirmərəm, cavab vermərəm. Mən Damlayam, işim danışmaq yox, oxumaqdır.lent.az



Xəbəri paylaş

1 4678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___