Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda inanılmaz hadisə: qonşusunun əvəzinə qardaşını öldürdü - TƏFƏRRÜAT
Tarix: 01-02-2017 | Saat: 13:50
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda inanılmaz hadisə: qonşusunun əvəzinə qardaşını öldürdü - TƏFƏRRÜAT


Biləsuvar rayonunda 29 yaşlı Adil Əliyevin qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin təfərrüatı məlum olub."Xəbəraz.az " xəbər verir ki, qardaşı Asim Əliyev tərəfindən güllələnərək öldürülən Adil Əliyev bir neçə ay əvvəl Rusiyadan Azərbaycana qayıdıbmış. Rusiyada qalmaqla bağlı problemi olan Adil bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən təxminən 3 ay əvvəl Azərbaycana deportasiya edilib.

Məlum hadisənin baş vermə səbəbinə gəlincə, Asim Əliyev dünən günorta saatlarında qonşuluqda yaşayan Şahin Əliyevlə mübahisə edib. Mübahisəyə müdaxilə edən Adil onları sakitləşdirib. Axşam saatlarında Asim evə qayıdarkən yolda Adili görüb. O, yaxınlaşmaqda olan şəxsi qonşusu Şahinə bənzədib və tüfənglə atəş açıb. Güllələr Adilin qarın boşluğuna və çiyninə dəyib və öldürücü olmayıb. Amma Asim Əliyev qaranlıq havada kimi güllələdiyini fərq etmədən onu təpikləməyə başlayıb və ayağı ilə öldürücü zərbələr endirib. Səs-küyə onun qonşusu Şahin Əliyev gəlib və Asim bu dəfə ona atəş açıb. Alın nahiyyəsinə qırma batan Şahinin xəsarəti xoşbəxtlikdən öldürücü olmayıb.

Faktla bağlı araşdırma aparılır.




*****


8:57



Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.


Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbəri paylaş

8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___