Qafqaz Universitetinin tələbələri bu ali məktəbə köçürüləcək - NAZİRLİK AÇIQLADI
Tarix: 31-01-2017 | Saat: 12:08
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.
Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.
Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.
Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.
Bundan başqa, Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.
Xəbəri paylaş
7858 dəfə oxunub.
Digər xəbərlər

20-05-2016, 22:24
Matviyenko erməni təxribatının qarşısını aldı
11-10-2017, 11:20
İlham Əliyev Soçiyə gedib
27-08-2016, 23:56
Elə geyindi ki, alt paltarı göründü - FOTOLAR
24-07-2017, 11:08
"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - FOTO
21-04-2016, 21:34
Bakıda binada yanğın:2 nəfər xilas edildi, 17 sakin təxliyə olundu
27-01-2017, 20:57
"Müavinət veriləcək şəxslərin siyahısı dəqiqləşdirilir" - Əli Həsənov
6-05-2016, 00:58
İrəvan "DQR"-i tanısa, prosesdən çıxacaq...
27-04-2017, 21:00
Sakinlər Ağdaş icra başçısının müavininə məxsus süni balıq gölünü dağıtdılar — ŞOK
6-10-2017, 10:36
Avtobus qatarla toqquşdu:ölü sayı 19-a çatdı -YENİLƏNİB