Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Martdan Azərbaycana yeni axın başlayacaq
Tarix: 29-01-2017 | Saat: 22:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Martdan Azərbaycana yeni axın başlayacaq


Martın ortalarından Azərbaycana yenidən turist axınının başlayacağı gözlənilir.
"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, turist axının yayın sonuna qədər davam edəcəyi gözlənilir.

M.Ağakərimov əlavə edib ki, artıq indidən bəzi hotellərin yerləri mart ayının ortaları üçün bronlaşdırılıb. Bu yerləri bronlaşdıranlar isə əsasən, ərəb ölkələrindən olan və iranlı turistlərdir.

M.Ağakərimov qeyd edib ki, Azərbaycana turistlərin daha çox Novruz bayramı günlərində gələcəyi gözlənilir: "Əsasən, ərəb ölkələri - İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər və İrandan daha çox turist gələcək. Yay aylarında isə Rusiyadan gələn turistlərin sayı çoxalır. Eyni zamanda, müalicə turizmi ilə əlaqədar Qazaxıstandan Azərbaycana turistlərin gələcəyi gözlənilir".

M.Ağakərimovun fikrincə, indiyədək Azərbaycana gəlmək istəyən turistlər üçün əsas maneə viza ilə bağlı idi: "Əvvəllər turist viza almaq üçün müəyyən prosedurlardan keçməli idi. İndi isə elektron viza tətbiq edilib. Elektron viza tətbiq edildikdən sonra Azərbaycanla maraqlanan turistlərin sayı artıb. Artıq hətta Malayziya, Sinqapur, İndoneziya, Hindistan, Pakistan kimi uzaq ölkələrin turistləri də Azərbaycana maraq göstərirlər. Buna görə həmin ölkələrdən də Azərbaycana turistlərin gələcəyi gözlənilir".

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının ortalarına verilən məlumata görə, 2016-cı ilin həmin dövrünədək (dekabrın ortalarınadək) olan müddət ərzində Azərbaycana gələn turistlərin sayı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artıb.

2016-cı il ərzində Azərbaycana Rusiyadan gələn xarici ölkə vətəndaşlarının sayı 7,1 faiz, İrandan gələn vətəndaşların sayı 58 faiz , Qazaxıstandan gələn vətəndaşların sayı 15,8 faiz artıb.


Xəbəri paylaş

9068 dəfə oxunub.

Digər xəbərlər
27-03-2015, 12:14 Millimiz Fransaya uduzdu

bütün xəbərlər
____ Instagram ___