Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Quba və Lerikdə 25 santimetr qar yağıb
Tarix: 28-01-2017 | Saat: 11:47
Bölmə:Karusel / Hadisə | çapa göndər

Quba və Lerikdə 25 santimetr qar yağıb


Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürür.
"Xəbəraz.az " xəbər verir ki, Quba rayon icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov modern.az-a açıqlamasında deyib ki, Qubada yağan qarın hündürlüyü 25 santimetrə çatıb:

"Qar yağsa da, rayonda vəziyyət normal şəkildə davam edir. Yollara qum, duz səpilib. Qaz, işıq, su verilişində heç bir çətinliyimiz yoxdur".

Lerik Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov da sayta açıqlamasında rayonda güclü qar yağdığını deyib:

"Qarın hündürlüyü təxminən 25 santimetrdən çoxdur. Yollarda vəziyyət normaldır. Lənkəran-Lerik yolu, kəndlərə gedən yollar açıqdır. İşıq, qaz, su sistemində heç bir problem yoxdur. Amma qar yağmağa davam edir".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.



Xəbəri paylaş

8358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___