15 yaşlı baldızını qaçıran şəxs HƏBS EDİLDİ - Cəlilabadda
Tarix: 27-01-2017 | Saat: 17:25
Bölmə:Karusel / Hadisə | çapa göndər
Ötən il sentyabrın 23-də Cəlilabad rayonunun Məmmədrzalı kəndində yaşayan 15 yaşlı Aynurə Nağıyevanı qaçırmaqda təqsirləndirilən rayonun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdər Əli oğlu həbs edilib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlanılaraq istintaqa cəlb edilib. Ə.Məmmədov barəsində Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Şöbədən bildiriblər ki, azyaşlı qız tapılandan sonra izahatında bacısının həyat yoldaşı Ə.Məmmədov tərəfindən qaçırılaraq Bakının Nərimanov rayonu ərazisində qaldığını bildirmişdi. Azyaşlının ifadəsindən sonra Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə cinayət işi başlanılıb və təqsirləndirilən Ə.Məmmədov barəsində axtarış elan edilmişdi.
Qeyd edək ki, A.Nağıyeva 2016-cı il sentyabrın 23-də itkin düşmüşdü. Araşdırmalar zamanı onun bacısının həyat yoldaşı, Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Nərimanov rayon ərazisinə qaçdığı məlum olmuşdu.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

27-08-2015, 20:08
Azərbaycanlı iş adamı mühasirəyə düşdü, özünü öldürdü
18-02-2017, 13:51
Bakıda bir marşrutun son dayanacağı dəyişdirildi - YENİ ÜNVAN
30-05-2023, 11:30
İyunda 12 gün iş olmayacaq
24-05-2022, 11:33
Əsgərlikdə ola-ola Bakıda “avtoşluq” etdi - VİDEO
1-02-2017, 01:28
Mədət Quliyev KVN-çilərlə bir arada - FOTO
26-11-2015, 13:17
Bakıda iki sərxoş qadın polis əməkdaşlarına çətin anlar yaşatdı - VİDEO
5-05-2018, 09:47
İbrahim Cəfərov 4-cü dəfə ilin ən yaxşı rektoru seçildi
22-03-2017, 20:41
“Apple” al-qırmızı rəngdə “iPhone 7” satışa buraxıb
12-03-2019, 11:07
Bakıda faciə: kişi və qadın kirayədə yaşadıqları evdə boğuldular
24-05-2018, 20:52
Xuraman əməliyyat olunacaq