Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gülənin Trampa şok məktubu: Gəl, birlikdə...
Tarix: 26-01-2017 | Saat: 15:23
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Gülənin Trampa şok məktubu: Gəl, birlikdə...


Keçəl il Türkiyədə baş vermiş 15 iyul hərbi çevriliş cəhdini hələ 3 ay əvvəldən yazan tanınmış jurnalist Fuad Uğur maraqlı iddia ilə çıxış edib. “Türkiyə” qəzetinin yazarı olan Fuad Uğur Fəthullah Gülənin ABŞ-ın yeni prezidenti Donald Trampa məktub yazdığını iddia edib.

Məqalədə F.Gülənin yeni prezidentlə görüşmək üçün ondan vaxt istədiyi, lakin müsbət cavab almadığı bildirilir. Bu istəyi qəbul olunmadığı üçün isə Gülən Trampa məktub yazmaq qərarına gəlib. Məktubda qeyd edilib ki, dünyanın bir çox yerində fəaliyyət göstərən "Gülən camaatı"na məxsus məktəblərdə işlər ABŞ kəşfiyyatının nəzarəti və məlumatlı olduğu şəraitdə davam etdirilib. Bu məktəblərdən ABŞ-a xeyli kəşfiyyat məlumatı ötürülüb.

“Türkiyə” qəzetinin yazarı məqaləsində qeyd edir: "Bu məktubu mətn formasında ələ keçirmək üçün çox çalışdıq. İçində nə yazldığını bilirdik, amma kağızda mətn kimi əlimizdə olmağı daha yaxşı olardı. Yenə də bütün mənbələri işə salaraq məktubda yazılanları öyrənə bildik. Məktubda Fətullah Gülən ABŞ-a necə xidmət etdiyini uzun-uzadı yazıb. Xüsusi ilə dünyadakı məktəblərdə həyata keçirilən işlərdən ABŞ kəşfiyyatının məlumatlı olduğunu, bu ölkəyə ciddi informasiyaların ötürüldüyü qeyd edilir. Fətullah ABŞ-dan gələn informasiya tələbinin hamısını dərhal qarşıladıqlarını yazır. Ardınca Türkiyədə apardığı mübarizənin ədalət və demokrataya mübarizəsi kimi təqdim edir. Çevriliş cəhdi ilə qətiyyən əlaqəsinin olmadığı yalanını da yazıb. Gülən ABŞ-ın iki kəşfiyyat qurumu olan FTB və CİA kimi orqanlar arasında fərq qoymadan hər ikisi ilə işlədiklərini deyir. Gülən məktubun bu hissədində Trampı üstü örtülü hədələyir və Türkiyə, eləcə də bütün dünyada ABŞ-la birgə işlədiyini vurğulayaraq sanki onu təhdid edir. O, barəsindəki çevriliş və terrorçuluq ittihamlarının onu danışdırmaq üçün ələ keçirmək cəhdi kimi təqdim edir və Trampa “məni təhvil versəniz, hər şeyi danışaram” mesajı verir.

F.Gülən sonda ABŞ-ın ona sahib çıxmasına eyham vurur. O, ABŞ-a bundan sonra aktiv əməkdaşlıq da təklif edir. Və dünyanın hər bir yerində yetişmiş tələbələrinin xidmətindən istifadə etməyi məsləhət görür. İndi qərar Trampındır, görək necə dəyərləndirəcək”. - deyə F.Uğur məqaləsində yazır.




5328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___