DİQQƏT: Smartfon uşaqlar üçün TƏHLÜKƏLİDİR
Tarix: 26-01-2017 | Saat: 00:24
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Koreyalı mütəxəssislər araşdırma apararaq belə qənaətə gəliblər ki, uşaqların smartfon və planşetdən tez-tez istifadə etmələri onların göz sağlamlığı üçün böyük təhlükə yaradır. Tədqiqatın nəticələri "BMC Ophthalmology" elmi jurnalında dərc olunub.
"Xəbəraz.az " bildirir ki, eksperimentdə 7 yaşdan 12 yaşadək təxminən min uşaq iştirak edib. Onları izləyən həkimlər müəyyənləşdiriblər ki, ekrandan ayrılmayan uşaqların gözündə problemlər daha tez başlayır. Belə ki, uşaqların gözündə quruluq yaranır, göz yaşının həcmi azalır, hətta tərkibi dəyişir. Gündə üç saatdan çox smartfondan istifadə edən uşaqlarda bu patologiyanın inkişaf riski daha yüksək olur.
Maraqlıdır ki, tədqiqatlarda iştirak edən uşaqların 6,6 faizi artıq gözün quruluğu sindromundan əziyyət çəkirdilər. Onların orta hesabla sutkada 3,2 saat smartfondan istifadə etdikləri məlum olub.
Alimlər bildiriblər ki, artıq bir aydan sonra smartfondan məhdud istifadə uşaqlarda göstərilən sindromun simptomlarının aradan qalxdığını üzə çıxarıb. Ona görə də alimlər telefon və planşetlərlə saatlarla vaxt keçirən uşaqlara ciddi nəzarət etməyi valideynlərə məsləhət görüblər. Tövsiyə ediblər ki, smartfondan istifadə ardıcıl iki saatdan çox olmamalıdır. Bundan əlavə, yuxuya bir saat qalmış uşaqlara telefonla oynamağa icazə verilməməlidir.
Xəbəri paylaş
7628 dəfə oxunub.
Digər xəbərlər

7-05-2022, 09:59
İş yoldaşını bıçaqlayıb öldürdü - Özü xəstəxanaya aparıbmış
11-10-2015, 01:34
Daha bir azərbaycanlı nazir qızına toy edir - FOTO
16-04-2015, 01:22
“Necə qərar verirlərsə versinlər”
14-07-2020, 18:26
Ermənistan Tovuzla sərhəd ərazidə informasiya mərkəzi yaradır
17-05-2017, 21:27
İslamiada: Azərbaycanın 6 boksçusu finala vəsiqə qazanıb
9-06-2016, 13:32
Əziz Əzizov “taxta biznesi” ilə də məşğul olur
17-11-2016, 18:09
Bəstəkar filmini millət vəkilinə təqdim etdi - foto
2-03-2018, 11:41
Narkoloji Mərkəzdəki yanğında 24 nəfər ölüb - RƏSMİ
22-10-2019, 14:30
“Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil” - Ziyafət Əsgərov əsəbləşdi