Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"O "priçoska"nı Rihanna məndən sonra edib, məni təkrarlayırlar" - VİDEO
Tarix: 25-01-2017 | Saat: 16:56
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

"O "priçoska"nı Rihanna məndən sonra edib, məni təkrarlayırlar" - VİDEO


Alim Qasımov mahnımı bəyəndi, amma oxumadı.
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar verib.

Sevilən ifaçı onu tənqid edənlərə cavab verib, bir çox sənətçinin onun etdiklərini təkrarladığını bildirib:
"Bəzən məni çox yaxından tanıyanlar da məni anlamırlar, əsərimdə nə demək istədiyimi tuta bilmirlər. Məni başa düşməyən insanlara qərəzli, acıqlı deyiləm. Fikirlərşirlər ki, görəsən, Elza bu qədər tənqidlərə necə dözür?! Bu gün məni tənqid edənlər, bəyənməyənlər sabahısı gün mənim etdiyimi təkrarlayırlar və onu da hansısa stilistin adına çıxarırlar. Guya yenilik, "fashion" edir. Bu yaxınlarda bir müğənnidə "priçoska" gördüm, deyir ki, mən yenilik etmişəm. Halbuki, o "priçoskanı" birinci mən etmişəm, sonra Rihanna edib, sonra da bu müğənni".

Verilişdə xalq artisti Brilliant Dadaşova Elza Seyidcahanla bağlı fikirlərini bölüşüb, onun dəyərli sənətçi olduğunu vurğulayıb. Elza Seyidcahan isə Brilliant Dadaşova haqda bunları söyləyib:
"Brilliant Dadaşova ilə gözəl işlər görmüşük. İlk dəfə Zaqulbada tanış olmuşam onunla. Sonra Brillant xanım mənə zəng vurub dedi ki, ərə getmə, sənətini davam etdirə bilməyəcəksən. Dedim ki, mən artıq evliyəm, 2 övladım var. Çox təəccübləndi, həm də sevindi. Brilliant xanım çox müğənnilərdən fərqli olaraq, mənim heç nəyimə qısqanclıqla yanaşmadı. Adətən qadınlar digər qadının gözəlliyini qısqanırlar. Bir yerdə konsertdə olanda mənə dedi ki, sən axıra kimi səhnədə qal, qoy gözəlliyini görsün hamı. Mən gənc idim, adımı efirlərdə dəfələrlə çəkirdi. Hətta mənə mahnıya görə pul da vermişdi. Evimizdə televizorumuz yox idi, gedib o pula televizor aldım. İstəsəydi, o pulu verməyə də bilərdi. Hazırda mənim Brilliant xanımın səsinə uyğun mahnılarım var, sadəcə, vaxt eləyib o mahnıları hazırlamaq lazımdır. O vaxt mənim "Toy adamları" mahnımı oxuduğuna görə Brilliant xanıma çox təzyiqlər oldu. Dedilər ki, oxuma bu mahnını, biabır olacaqsan. Amma həmin kompozisiyanı ayaqüstə alqışladılar".

Elza Seyidcahan Alim Qasımova yazdığı mahnının ifa edilmədiyini söyləyib:
"Nüsrət Kəsəmənlinin sözlərinə yazdığım bir mahnını Alim Qasımova təqdim etdim, çox bəyəndi. Günlərlə Alim müəllimgilin evində bu mahnını məşq etdik, amma o, bu mahnını oxumadı. Səbəbini bilmirəm".




Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___