Tıxac yaradan parkomatların yeri dəyişdiriləcək? - RƏSMİ AÇIQLAMA
Tarix: 24-01-2017 | Saat: 17:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
ARB TV-nin "Günün ardınca" verilişində son zamanlar müzakirələrə yol açan parkomat mövzusu ilə bağlı reportaj yayımlanıb.
Bakı inkişaf etməklə yanaşı, getdikcə daha da genişlənir. Şəhərin genişlənməsi isə o deməkdir ki, yeni çəkilən yollar da artır, bu yollarda hərəkət edən avtomobillər də. Çoxalan avtomobillər park yerlərinə tələbatı daha da artırır.
Qeyd etmək lazımdır ki, son bir neçə ildə avtomobillərin parklanması üçün mərkəzlər tikilib və parkomatlar quraşdırılıb. Parkomatların quraşdırılmasında əsas məqsəd yollardakı sıxlığın və tıxacların aradan qaldırılmasıdır. Amma təəssüflər olsun ki, bəzən yaranan tıxac və sıxlıqlar elə məhz parkomatların ucbatından əmələ gəlir.
Avtoekspert Ərşad Hüseynov bildirir ki, parkomatların quraşdırıldığı yerlərdə avtomobillərin paralel və ya perpendikulyar park olunmalarına xüsusi nəzarət olunmalı olsa da, buna əməl olunmur: "Əgər, doğrudan da, yolun kənarında parklanma yeri təşkil olunacaq və avtomobillər yolun hərəkət hissəsinin bir hissəsini parklanmaqla tutacaqlarsa, tıxaca səbəb olacaqsa, belə yerlərdə parklanma yeri təşkil olunmalı deyil".
DYP-dən aldığımız məlumata görə, paytaxtda 70-dən artıq küçə və prospektlər üzrə 300-ə yaxın parkomat quraşdırılıb. Bu parkomatlara DYP tərəfindən təyin edilmiş inspektorlar nəzarət edir.
DYP rəsmisi Vaqif Əsədov düzgün yerdə quraşdırılmayan parkomatların olduğunu bildirdi:
"Bu gün də əməkdaşlarımız tərəfindən parkomatların quraşdırıldığı əraziyə nəzarət edilir. Həmin ərazilərdə avtomobillərin hərəkəti ilə bağlı sıxlıq yaranırsa, o parkomatların yerinin dəyişdirilməsi və sürüşdürülməsi də tərəfimizdən aidiyyəti üzrə tənzimlənir. 2016-cı ildə 8 parkomatın yerinin tam dəyişdirilməsi və 6 parkomatın yerinin sürüşdürülməsi tərəfimizdən qaldırılan vəsatət sayəsində öz həllini tapıb. Ödənişli ərazilərdə sürücü avtomobili düzgün park etmirsə, bu, inzibati xəta tərkibi yaradır. Belə sürücülər haqqında lazımi tədbir görülür".
Avtobus dayanacaqlarına yaxın yerlərdə quraşdırılan parkomatların sürüşdürülməsi yolunda işlər görülür. Görülən işlər təkcə avtobus dayanacaqlarının yaxınlığındakı parkomatlara aid deyil.
Qeyd edək ki, DYP artıq ödənişli dayanacaqlarda da durma qaydalarına xüsusi nəzarət edir.
İnanırıq ki, tez bir zamanda parkomatların uyğun yerlərdə quraşdırılması başa çatdırılacaq. Bu parkomatlar, həqiqətən də, tıxac və sıxlığın azalmasına səbəb olacaq.
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

21-11-2021, 11:42
ÜST-dən XƏBƏRDARLIQ: Qapanma olmazsa, ölüm sayı artacaq
26-08-2015, 23:46
Azərbaycanlılar rus qızlarına görə “ilişdilər“
22-01-2019, 11:35
Oğlunun şəklini paylaşdı,heç kim inanmadı
4-05-2016, 14:04
İsrail NATO-da daimi nümayəndəlik yaradır
25-07-2016, 22:55
Gülşən açıqladı: “Hamilə qaldığım üçün...”
2-05-2016, 19:34
İşğalçı rejim təşvişdədir
24-02-2022, 16:21
Dünya Ukraynadakı bu görüntüdən danışır - İnsanlar meydanda… FOTO
3-03-2016, 10:15
Azərbaycanda multimilyonerlərin sayı açıqlandı
13-01-2016, 14:16
Məscidin içərisində özünü partlatdı: Ölən var
25-05-2021, 15:03
Hava KƏSKİN PİSLƏŞİR - XƏBƏRDARLIQ