Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Əgər evlənməsəm, məni evdən qovacaq, sonuncu ilimdir"
Tarix: 24-01-2017 | Saat: 11:45
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Əgər evlənməsəm, məni evdən qovacaq, sonuncu ilimdir"

"2017-ci ildə istirahət edəcəm. Film çəkmək adamın bir ilini alır. Həmişə aktyor kimi filmlərə dəvət alırdım, amma çəkilmirdim. Özüm film çəkirdim deyə çatdırmırdım. İndi dəvət alsam, razılaşacam".

Bu sözləri açıqlamasında aktyor Müşviq Şahverdiyev deyib.

Aktyor yorğunluqdan şikayətlənib:

"Üç ildir nə dincələ, nə ailəmə vaxt ayıra bilirəm. Anam deyir ki, bütün işin film olub, səni evdə tapa bilmirik. Amma ssenarilərimiz var, işi buraxmayacağıq. Bundan başqa bacardığımız işimiz yoxdur. 2018-ci ildə yenə komandamla bərabər film çəkəcəm. Bu il anamın sözünə qulaq asacam".

M.Şahverdiyev 2017-ci ildə subaylığın daşını atacağını söyləyib:

"Anam şikayət edir ki, bu il evlənməlisən. Əgər evlənməsəm, məni evdən qovacaq, sonuncu ilimdir. Ən pisi odur ki, namizəd yoxdur. Anam gündə dörd-beş şəkil göstərir. Ona izah edə bilmirəm ki, şəkillə qız bəyənmək sizin dövrünüzdə qaldı. İndi gərək görüşəsən, danışıb, xasiyyətini öyrənəsən. Elə yaşımdır ki, hansısa universitetin qapısında dayanıb, qız arxasınca düşən deyiləm".

Aktyor sosial şəbəkədə tanışlığa müsbət yanaşdığını deyib. O, "Bəzi tanınmışlar deyirlər ki, elə qız alacam, nə İnstagram-ı, nə Facebook-u olsun. Siz də belə düşünürsünüz?" sualına belə cavab verib:

"İndi sosial şəbəkədə tanış olub evlənənlərə pis baxırlar. İnsanın qanında varsa, İnstagram-ı, Facebook-u olmasa da, evə bağlasan da, edəcəyini edəcək. Elə ailələrin, dost bildiyim uşaqların xanımının İnstagram-ı da, Facebook-u da var ki... Həyat yoldaşı da bilir ki, xanımı İnstagram-da oturur. Sosial şəbəkədə tanış olub, realda görüşüb, evlənənlərə də pis baxmıram. Mən onu harada tapsam, maraqlanacam, tanıyacam, sonra qərar verəcəm".


Xəbəri paylaş

1 1838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___