Hacı Zeynalabdin qəsəbəsində 20 Yanvar şəhidləri anıldı - Fotolar
Tarix: 20-01-2017 | Saat: 18:48
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Azərbaycan tarixinə qara hərflərlə yazılan 20 yanvar faciəsindən 27 il ötür.
"Xəbəraz.az " xəbər verir ki, Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov, Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi əvəz edən Ramil Əliyev, idarə, məktəb, uşaq bağçaları, müəsisə rəhbərləri və qəsəbə ictimaiyyəti 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə bu gün Şəhidlər xiyabanını ziyarət ediblər.
Hacı Zeynalabdin Bələdiyyəsnin sədri Elşən Məmmədov çıxış edərək 27 il bundan öncə törədilən “20 Yanvar” hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib. Elşən Məmmədov qeyd edib ki, “20 Yanvar” hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.
Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi əvəz edən Ramil Əliyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.
Hacı Zeynalabdin qəsəbə Ağsaqqallar şurasının sədri Tahir Əsgərov çıxış edərək Prezident İlham Əliyevə və Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov, Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi əvəz edən Ramil Əliyevə şəhid ailələrinə göstərdikləri hərtərəfli qayğıya görə şəhid ailələri adından minnətdarlıq bildirib, Azərbaycan bayrağının işğal olunmuş torpaqlarımızda dalğalanmasını arzu edib.
Qəsəbə rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub. Xiyabana axın edən qəsəbə sakinləri şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər.
Xəbəri paylaş
9558 dəfə oxunub.
Digər xəbərlər

19-10-2016, 11:59
İlham Əliyev Qazaxa getdi - Foto
5-08-2015, 19:16
Yenə qatar qəzasi ve yenə ölən var: (VİDEO)
17-04-2017, 18:30
İltihabəleyhinə təbii çay. RESEPT
10-09-2017, 09:51
Azərbaycanda zəlzələ oldu
18-04-2021, 14:54
Şok sənəd: Bu ölkəni dünya xəritəsindən silirlər
7-08-2015, 10:48
Ermənilər minaatanlara əl atdılar
28-03-2017, 11:13
ŞOK - Elşadla Oksana dodaq-dodağa öpüşdü - VİDEO
12-03-2017, 14:44
Həzrət İbrahimin (ə) Allahın Xəlili olması hadisəsi
18-10-2020, 11:54
Düşmən bu gün daha 40 hərbçi itirdi - Siyahı