Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlikdə yaradılmış "brilyant" qrupu: milyonlar necə mənimsənildi? - İTTİHAM AKTINDAN
Tarix: 20-01-2017 | Saat: 18:02
Bölmə:Karusel / M2 | çapa göndər

Nazirlikdə yaradılmış "brilyant" qrupu: milyonlar necə mənimsənildi? - İTTİHAM AKTINDAN

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ölkəyə gətirilən qiymətli daş-qaşlarla bağlı xüsusi dəstə yaradıbmış.

Lent.az-ın məlumatına görə, bu barədə Subahir Qurbanov, Teymur Quliyev və digərlərinin cinayət işi üzrə ittiham aktında bildirilir. İttiham aktına görə, sabiq Milli Təhülkəsizlik naziri Eldar Mahmudovun şifahi göstərişi ilə ölkəyə brilyant daş-qaş, qızıl və digər zinət məmulatlarının idxalı sahəsində inhisarçılığın yaradılması prosesi başlanıb. Bu iş S.Qurbanovun nəzarəti altında polkovnik Füzuli Əliyevə həvalə edilib. F.Əliyev, öz növbəsində, bir neçə yaxın tanışı ilə birlikdə belə bir dəstə yaradıb. Onun təşəbbüsü ilə IV Baş İdarənin əməkdaşları Natiq Alıyev, Zaur Məmmədov və Rüfət Abdullayev həmin qrupa daxil edilib.


"İlkin mərhələdə Fizuli Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən qrup ölkəyə daş-qaş, qızıl və digər zinət məmulatlarını gətirən iş adamlar ətrafında MTN-nin əməliyyat və əməliyyat-texniki imkanlarından istifadə edərək əməliyyat-axtarış tədbirləri keçirib. F.Əliyev və onun göstərişi ilə qrupun digər üzvləri (əsasən N.Alıyev və Z.Məmmədov) əksər sahibkarlara hədə-qorxu gəlməklə inhisarçıya haqq verməyə məcbur edib, razı olmayanlar isə nazirliyin İstintaq Bİ-nə gətirilərək barələrində cinayət işi başlanılıb. Bəzi hallarda buraxılmaları müqabilində külli miqdarda rüşvət alınıb, onların malları müsadirə olunaraq Bakı şəhərinin ticarət mərkəzlərində satışı təşkil edilərək əldə olunan pul vəsaitləri mənimsənilib" - deyə sənəddə bildirilir.



İttiham aktından məlum olur ki, məhz Füzuli Əliyevin bu cür fəaliyyəti nazir Eldar Mahmudov tərəfindən bəyənilib və onun vəzifəsi yüksəldilib. .Füzuli Əliyev IV Bİ-ə məsul vəzifələrə (2011-ci ildə 2-ci idarənin rəis müavini, 2012-ci ildə 1-ci idarənin rəisi, 2015-ci ildə Bİ-nin rəis müavini) irəli çəkildikdən sonra fəaliyyətini daha da genişləndirib.
2013-cü ildən başlayaraq həmin qrup (R.Abdullayev istisna olmaqla) iqtisadiyyatın müxtəlif sahələrində çalışan sahibkarlar ətrafında MTN-nin imkanlarından istifadə etməklə əməliyyat-texniki tədbirlər keçirib. F.Əliyev iş adamlarını əsassız olaraq MTN-nin komendaturasında, bəzi hallarda inzibati binasında bir sutka saxlayaraq hədə-qorxu gəlməklə buraxılmaları müqabilində onlardan külli miqdarda rüşvət alıb.
Araşdırma zamanı müəyyən edilib ki, F.Əliyevin rəhbərlik etdiyi qrup tərəfindən iş adamlarının bəziləri MTN-nin Arxiv-uçot Bİ-də qeydiyyata qoyulmaqla barələrində siqnal və əməliyyat-qeydiyyat işləri açılsa da, həmin işlərin icraatı səthi aparılıb. Bəzi hallarda müvafiq sənədlərdə həmin işlərin açılma və bağlanmasının mahiyyəti tam dolğun göstərilməyib.
Qeyd edək ki, F. Əliyev, N. Alıyev, Z. Məmmədov Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb.


Xəbəri paylaş

6198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___