28 yaşlı qızın xərçənglə bağlı ixtirası dünyanı şoka saldı
Tarix: 19-01-2017 | Saat: 19:37
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Ukraynada əsl elm dühası peyda olub.
"Xəbəraz.az " xəbər verir ki, Kiyev Molekulyar biologiya və genetika İnstitutunun əməkdaşı, 28 yaşlı elmlər doktoru Olqa Brovarets dünya miqyasında məşhurlaşıb. İndi onun haqqında dünyanın bütün elmi jurnalları yazır, Avropa ölkələri isə onu daimi vətəndaşlığa qəbul etmək üçün hər şeyə hazırdır. Səbəb nədir? Brovaretsin xərçəng xəstəliyindən tam sağalmanı təmin etməyə ümid verən ixtirası.
Məlumdur ki, hər bir insanın orqanizmində 23 cüt xromosom var. Onların hər birində canlı orqanizmdə olan bütün genetik informasiyaların qorunduğu DNT var. Formasına görə DNT burulmuş spiralı xatırladır. Əgər bu spiralı açsaq, aydın olacaq ki, onun dəqiq həndəsi quruluşu mövcuddur. Mutasiyaya uğramış cüt başqa cür görünür ki, onu da alimlər "donqar" adlandırırlar. Onlar orqanizmdə dəyişikliklər və xəstəlik yaratmaq üçün DNT-ni necə aldadırlar, spirala necə sığışırlar, bax bu, indiyə qədər elm üçün ağ ləkələr olaraq qalır.
Olqa bunun baş verdiyi qanunauyğunluğu hesablamağa nail olub. Bu mutasiya xərçəng və digər genetik təbiətli ağır xəstəliklərin səbəbidir. Buna görə də, 28 yaşlı ukraynalı qızın ixtirası əsl sensasiyadır. Bununla təkcə xərçəngə deyil, mutasiya ilə bağlı olan digər xəstəliklərə də qalib gəlmək mümkündür. Ukraynanın elmi isteblişmenti və KİV əmindir ki, bu ixtira Nobel mükafatı alacaq.
Xəbəri paylaş
1 0688 dəfə oxunub.
Digər xəbərlər

7-12-2015, 09:52
Hamı bu qızın cəsarətindən danışır VİDEO
15-03-2015, 10:52
Siyəzəndə iki “KamAZ” toqquşdu: Sürücülərdən biri ölüb
8-07-2016, 15:12
10 yaşlı oğlan quduzluqdan öldü
20-02-2019, 10:37
Bakıda qardaş bacının qanını tökdü
17-09-2016, 18:48
Susuz qalan 100-lərlə ailə yağışın yağmasına sevinir - FOTO
24-03-2017, 14:15
Avropa 16 apreldən sonra sürprizlə qarşılaşacaq - Ərdoğan
12-06-2016, 19:00
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” qədim ənənələri təbliğ edir-Yevlaxda
20-01-2022, 12:15
“Atam 20 yanvarda şəhid olandan sonra anam bizi qucaqlayıb dedi ki...”
14-03-2015, 20:23
Nalbandyan: Rusiyanın Azərbaycana silah satmasını istəməzdik