Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Valideynlərin nəzərinə: Uşaqda skoliozun olduğunu özünüz təsbit edin - 8 YOLU
Tarix: 19-01-2017, 16:52 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Valideynlərin nəzərinə: Uşaqda skoliozun olduğunu özünüz təsbit edin - 8 YOLU



Normal sağlam insanda baş, bel, çanaq (ləyən sümüyü) və ayaqların orta nöqtəsi eyni şaquli xətdə olur. Normal onurğanın öndən görünüşündə sağa və ya sola doğru əyilmə olmur. Onurğaya öndən baxdıqda sağa və ya sola doğru əyilməsinə skolioz deyilir. Yaşı 10-dan az olan uşaqlarda müşahidə edilən skolioz yetkinlik dövründə olan skoliozdan fərqlidir. Türkiyəli həkim İlker Qaripoğlunun uşaqlıq dövründə aşkarlanan skolioz haqqında fikirləri ilə sizi tanış edirik.

Mütəxəssis bildirir ki, skoliozun irəliləməsini təyin edən ən vacib faktor uşağın fiziki inkişaf sürətidir. Hər 100 uşaqdan 3-də uşaqlıq dövrü skolioz müşahidə edilə bilər. Ayaqların asimmetriyası, kürəkdə qabırğaların bir tərəfdə daha çox yığışması, bir çiyinin daha aşağı olması kimi gözə çarpan əlamətlər skoliozdan xəbər verir: “Skolioz müalicə edilmədiyi təqdirdə ağciyər və tənəffüs, ürək problemləri, iflic, ciddi estetik və psixoloji problemlərə yol aça bilər. Uşaqlarda skoliozun müalicəsi xəstədə skolioz əyriliyi, rotasiyanın dərəcəsinə və yerindən asılı olaraq təyin edilir. 20º dən az olan əyriliklər fiziki, məşq müalicəsi və ev proqramı ilə müalicə edilir. 20º dən çox əyrilik hallarında sərt korset istifadəsi ilə yanaşı, fiziki və konservativ müalicə məsləhətdir”.
Uşaqlıq dövründə ortaya çıxan skoliozda erkən diaqnoz qoyulmasının böyük əhəmiyyəti var. Erkən diaqnoz nəticəsində başlanan müalicə çox vaxt uğurlu olur. Həkim bildirir ki, valideynlər özləri də uşaqda skoliozun olub-olmamasını təsbit edə bilər.

Skoliozu təsbit etməyin 8 yolu

- Ayaq üstə durduqda kürək divara söykənmiş halda çiyinlərin hündürlüyündə fərq varmı?
- Uşaq dizləri düz formada önə əyildikdə kürək hissəsi fərqli hündürlükdə olurmu?
- Kürək sümüklərindən biri digərindən daha çox diqqətə çarpandırmı?
- Omba sümüklərində asimmetriya varmı?
- Ayaq üstə durduqda qollar yavaşca önə gəldikdə bir tərəf digər tərəflə müqayisədə qol və bədən arasında daha çox məsafə yaranırmı?
- Uşaqda diqqətə çarpan kürək donqarı mövcuddurmu?
- Bel çuxurları müqayisə edildiyi zaman asimmetriya gözə çarpırmı?
- Uşaq oturanda və ya ayaq üstə duranda bir tərəfə doğru əyilmiş formada dayanırmı?

Əgər bu əlamətlərdən hansısa uşağınızda müşahidə edilirsə, dərhal həkimə gedin. Unutmayın, erkən diaqnoz uğurlu nəticənin yarısıdır.

3508 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___