Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"250 min verməsən, səni silah və narkotiklə "yükləyib", "podvala" göndərəcəyik" - "MTN İŞİ"
Tarix: 18-01-2017 | Saat: 19:42
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

"250 min verməsən, səni silah və narkotiklə "yükləyib", "podvala" göndərəcəyik" - "MTN İŞİ"

Günün ikinci yarısında davam etdirilən prosesdə Neyman Kərimov suallara cavab verib.

O, sualları cavablandırarkən MTN-də döyüldüyünü söyləyib. Neyman onu da qeyd edib ki, 250 min manat pul istəsələr də, dayısı Akif Çovdarovla danışaraq pulu 80 minə salıb.

A.Çovdarov isə qeyd edib ki, N.Kərimovun dayısı Z.Mövsümov dostunun tanışı olub: "Həmin şəxs məndən xahiş etdi ki, Zakirə köməklik edim. Onunla nazirlikdə görüşdük və orada pul barədə söhbət olmayıb, hamısı yalandır".

Çovdarov həmçinin məhkəmədə bildirib ki, bu cür şəxslərin onun üzünə qoyulması yanlışdır: "Bu boyda adama ehtiyac yoxdu. İstintaqda da demişəm ki, onsuz məni həbs edəcəksiniz. İki-üç nəfər gətirin, mən qol çəkim iş bitsin".

İclasda zərərçəkmiş Elvin Mövsümov da dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Məhkəmə yanvarın 23-də davam edəcək.

**
15:35
"Xəbəraz.az "-ın məlumatına görə, proses haqqında Səlim Məmmədovun vəkili Cavid Rzazadə məlumat verib.

O bildirib ki, prosesdə Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin kiçik inspektoru olmuş Neyman Kərimov sərbəst ifadə verib.

Onun məhkəmədə verdiyi ifadə ilə istintaqa ifadəsi arasında ziddiyyət olub. Belə ki, şahid istintaqda Akif Çovdarovu tanımadığını desə də, məhkəmədə Çovdarovu tanıdığını və hətta görüşdüyünü bildirib.

İstintaqa zərərçəkmiş şəxs qismində dindirilən Kərimov Neman Süleyman oğlu ifadəsində göstərib ki, 2009-cu ilin avqust-dekabr aylarında, axşam saat 11-12 radələrində dayısı oğlu Mövsümov Elvin Zakir oğlu və 2 qız tanışı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Elit» otelinə gedib orada istirahət ediblər: "Səhəri gün saat 11-12 radələrində Elvinlə birlikdə qaldığımız otelin qapısı döyüldü, qapını açdıq. Daha sonra bir neçə nəfər şəxs otağa daxil oldu. Onlardan biri - hündür boylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirdi və nazirliyə getməli olduğumuzu dedi. Bizi nazirlyə gətirdilər. Səlim Məmmədov və Elçin Çıraqov oraya gəldilər. Elçin Çıraqovu və Səlim Məmmədovu görən kimi dərhal tanıdım. Belə ki, Elçin Çıraqovla Nərimanov rayon Polis İdarəsində işləyərkən tanış olmuşdum. MTN-nin Nərimanov rayon idarəsi və Nərimanov RPİ-i eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşıb görüşürdük. Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən «Şəki» restoranında tanış olmuşam".

Zərərçəkən şəxs istintaqa ifadəsində bildirib ki, onun saxlanmasının başqa səbəbi olub: "Səlim içəridə mənə "Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz” dedi. Səlimdən bu sözün mənasını soruşdum, lakin o, gülərək “mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim” dedi. Bundan sonra Səlim mənə "barəndə Sevinc Məmmədovanın şikayət ərizəsi var, ondan 30 min manat borc pul almısan, qaytarmamısan". Sevinc Məmmədova ABU-da təhsil alıb. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanıyırdım. Sevinc Mirələkbər Seyidovun işlədiyi rayonda yaşayırdı. Sevinci Mirələkbər Seyidovla Elşad Abdullayevin özü tanış etmişdi. Bundan sonra Sevinc və Elçinlə dəfələrlə bir masada oturub əylənmişik. Elçin sonradan Sevinci Səlim Məmmədovla tanış edib. Həqiqətən də Sevincdən borc olaraq 30 min manat pul almışam. Həmin pulu Sevincdən nə səbəbə borc aldığımı isə xatırlamıram”.

Neyman Kərimov ifadəsində göstərib ki, 2009-cu ilin iyun-iyul aylarında Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidov onu otağına çağırıb: "Həmin vaxt orada Sevinc Məmmədovanı gördüm. Sevinc mənim barəmdə şifahi şikayət etdi. Mirələkbər Seyidov isə öz otağında mənin yanımda Sevincə 10 min manat pul verdi ki, məndən şikayət etməsin. Belə olan halda isə Sevincə cəmi 20 min manat borcum qaldı. Milli Təhlükəsizlik Nazirliyində Səlim Məmmədov «Sevinc səndən şikayət edib ki, sən ondan 30.000 manat borc pul almısan» dedi. Sidiyimi test elətdirdi. Bundan sonra Səlim belindən «Makarov» tipli silahı çıxarıb mənə verdi və «bir dəqiqə bunu saxla» dedi. Lakin əlimi silaha vurmadım. Səlim və Elçin mənə «250.000 manat pul verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edib «podval»a göndərəcəyik» dedilər. Bir qədər sonra Sevinci otağa gətirdilər və o, mənim üzümə qarşı 30 min manat pulu borc aldığımı təsdiq etdi. Səlim və Elçinlə uzun alverdən sonra 80 min manata razılaşdıq. Dedilər ki, 30.000 manat Sevincə verəcəksən, 50.000 manat pulu isə onlara. Başqa çıxış yolum olmadığımı görüb dayım oğlu Zakir Mövsümova zəng elədim. Dayımoğlu pulu gətirdi. Pulu Səlimə və Elçinə verdim".

Prosesdə fasilə elan edilib.

Vəkillərin fasilədən sonra zərərçəkəni sorğu suala tutacaq

**
12:13
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

"Xəbəraz.az "-ın məlumatına görə, iclas Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses başlamazdan əvvəl jurnalistlərə açıqlama verən Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, müdafiə etdiyi şəxs ötən proses zalda olan jurnalistə irad bildirib: "Həmin adam da dedi ki, zərərçəkmiş şəxsin nümayəndəsiyəm. Bu zaman Çovdarov dedi ki, həmin şəxs məhkəmədə olanları qərəzli yazır. Ona görə digər jurnalistlər də zala buraxılsın. Bizim də ötən proseslərdə bununla bağlı vəsatətlərimiz olub. Hakim Həbib Həsənov isə bildirib ki, jurnalistlərin zala buraxılmamasına heç bir məhdudiyyət yoxdur".


Vəkilin açıqlamasından sonra jurnalistlər məhkəməyə daxil olmaq istəsə də, girişdə olan nəzarətçilər onları buraxmayıb. Bildiriblər ki, hakim jurnalistlərin zala buraxılmaması haqqında göstəriş verib.



Proses başlayanda vəkillər jurnalistlərin yenə də zala buraxılması ilə bağlı Həbib Həsənova müraciət edib. Hakim isə bildirib ki, nəzarətçilərə elə bir göstəriş verilməyib.


Hazırda proses davam edir.

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
İstanbul polisi azərbaycanlı qanuni oğru Hacı Beyləqanski ləqəbli Hacıbaba Talıbxanlını həbsdən azad edib.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə agentliyə mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, Hacı Beyləqanski Qoca Bakinski ləqəbli Əlibala Həmidovun qətlində ittiham olunurdu: “Hacı Beyləqanski Rövşən Lənkəranskinin sağ əli sayılırdı. Rövşən öldürülən gün də onun yanında olmuşdu. Mərhumun cənazəsini Azərbaycana da o müşayiət etməliydi. Amma İstanbul polisi onu aeroportdaca həbs etmişdi” - deyə məlumatda bildirilir.


Xəbəri paylaş

9718 dəfə oxunub.

Digər xəbərlər
4-11-2016, 18:45 ANS-dən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___