Azərbaycanda universitet fəaliyyətini dayandırdı
Tarix: 16-01-2017 | Saat: 15:54
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.
"Xəbəraz.az " xəbər verir ki, göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.
İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.
Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək.
Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.
Xəbəri paylaş
6848 dəfə oxunub.
Digər xəbərlər

17-02-2023, 12:53
Ürəyi və qaraciyəri qoruyur, qanı təmizləyir... – YEMƏKLƏRİNİZƏ SƏPİN
2-10-2016, 12:55
"Beşiktaş"ın legioneri Dusko Toşiçin xanımı sosial medianı bir-birinə qatdı - FOTOLAR
12-05-2022, 11:32
Kreditlə mənzil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - VİDEO
3-05-2017, 21:17
Qadınları seksual göstərən faktorlar: mini paltar, hamar ayaqlar...
8-07-2015, 10:26
Qadını vuran sürücü qaçdı
2-08-2015, 01:52
Teleaparıcı Aytən Səfərovanın yeni iş yeri ATV ola bilər?
3-01-2016, 16:20
“Milan” iki futbolçusunu icarəyə yollayır
17-05-2018, 10:06
Fəridənin meyiti ailəsinə təhvil verildi - Dəfn üçün Bakıya gətirilir
11-04-2017, 17:22
Məscid və dini məbədlərə təbii qaz limitlə veriləcək
9-11-2015, 12:49
Sevdiyi qadına görə özünü dənizə atdı - BULVARDA