Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarda uşaqlarınızı mütləq çölə çıxardın
Tarix: 15-01-2017 | Saat: 22:20
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Qarda uşaqlarınızı mütləq çölə çıxardın


Əsrlərdir cəmiyyətlərdə soyuq havanın uşaqların tənəffüs sistemi üzərində mənfi təsiri olduğu güman edilir. Bəs, bu həqiqətən doğrudurmu? Bir çox insan qrip, bronxit, pnevmoniya kimi qışda daha çox görünən xəstəliklərin səbəbi kimi soyuq havanı günahlandırır.

"Xəbəraz.az " bildirir ki, bu klassik düşüncə son 15 ildir elm adamları tərəfindən araşdırılır. Nəticədə bəlli olub ki, soyuq hava xəstə etməz, əksinə qapalı mühitdə xəstəliyə tutulma ehtimalınız daha yüksəkdir. Avropa ölkəlәrində qarda, soyuq havada uşaqlarını möhkəm geyindirib mütləq çölə çıxarırlar. Antarktidada könüllü bir qrup insan üzərində aparılan araşdırmalar soyuq havanın qrip, bronxit kimi tənəffüs sistemi xəstəliklərinə səbəb olmadığını göstərmişdir. Hətta qar yağması havada olan mikrobların ölməsi və havada olan mikroblardan dezinfeksiya olunma mənasına gəlir.

Soyuq hava, selikli qişa üçün mühüm qoruyucu təsirə malikdir. Tənəffüs sisteminin girişində incə selikli qişa örtüyü olub, qapı vəzifəsini daşıyır. Müxtəlif mikrobların ağciyərlərə keçmәsinә mane olur. Soyuq havada selikli qişa işləkliyi artır və selikli qişa örtüyü daha qalın hal alır və mikroblar üçün baryer vəzifəsini daşıyır. Həmçinin soyuq havada nəfəs aldıqda, burun çəpərində qan dövranı artaraq burun toxuması şişir və beləliklə, mikrobların içəri daxil olması çətinləşir. Bu səbəblə soyuq hava təbii bir müdafiə sistemi yaradır.



Xəbəri paylaş

8738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___