Nazirlik məlumat yaydı: bu şəxslər yüksək məbləğdə cərimələnəcək - ADLAR
Tarix: 15-01-2017 | Saat: 16:00
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər
Bu günlərdə sosial şəbəkədə bir qrup şəxsin Göygöl Milli Parkının Maral göl ərazisində donmuş göl üzərində dırnaqarası istirahətini nümayiş etdirən video görüntülər yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüntülərdə onlar xüsusi mühafizə olunan ərazidə kef məclisi quraraq icazə verilməyən yerdə, gölün üzərində manqal qoyub kabab çəkib, müxtəlif qanunsuzluqlar törətməklə bərabər, hətta donmuş gölə atəş də açıblar. Bu şəxslərin təbiətə, əfsanəvi Maral gölə qarşı vandal münasibəti haqlı olaraq sosial şəbəkə iştirakçıları tərəfindən qınaq obyektinə çevrilib.
Maral göl ərazisində bir qrup şəxsin törətdiyi bu qanunazidd hərəkətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal araşdırmalara başlanılıb. Maral göldə müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yaydıqları görüntülər təhlil edilib və bir neçəsinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, 3 yanvar 2017-ci il tarixində Samir Sadıqov, Asif Quliyev, Azər Qarayev və digərlərindən ibarət 7 nəfərlik qrup qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar. Qrup üzvlərinin hamısı hazırda müxtəlif ünvanlarda yaşayan Kəlbəcər rayon sakinləridir. Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Aparılan araşdırma zamanı o da müəyən edilib ki, bu şəxslər sivil qaydada bilet alaraq Milli parkın giriş qapısından deyil, Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Goy göl Milli parkının ərazisinə daxil olub və Maral göldə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.
Yol verdikləri qanunsuz hərəkətlərə görə bu şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində hazırda sənədləşmə işləri aparılır. Eyni zamanda Göy göl Milli Parkının aidiyyəti üzrə mühafizə işlərinə cavabdeh olan şəxslərinin və rəhbərliyinin dairəsi müəyyənləşdirilir. İşlərində yol verdikləri səhlənarlığa görə onlara qarşı qanunvericiliyə uygun intizam cəzası tətbiq ediləcək.
Xəbəri paylaş
9998 dəfə oxunub.
Digər xəbərlər

2-03-2017, 18:08
İŞİD Çini hədələdi: “Hədəfdə sizsiniz”
24-10-2015, 19:07
Neftin qiyməti proqnozları doğrultmayıb
3-08-2017, 09:23
Canlı yayımda müxbirə yumruq vurdular - HADİSƏ ANI
20-05-2017, 16:45
Azərbaycanlılar niyə Whatsapp, Messencer və Skype-da danışa bilmir?c
5-08-2023, 18:56
Elşən Xəzər saxlanılması ilə bağlı yayılan xəbərdən DANIŞDI -"Mənim İranla heç bir əlaqəm yoxdur”
30-08-2016, 12:13
Kim Çen Indan inanılmaz qəddarlıq: iclasda mürgüləyən naziri…
15-07-2015, 10:57
Şamaxıda yük maşını yandı
7-01-2018, 11:54
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
21-10-2017, 11:41
“Qarabağ” qrupdan çıxa bilər – UEFA açıqladı
15-04-2016, 14:39
Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə cəriməni ləğv etdi