Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğlanın bacısı ilə görüşməyinə etiraz edən məktəbli öldürüldü - Bərdədəki qətlin TƏFƏRRÜATI
Tarix: 15-01-2017 | Saat: 11:26
Bölmə:Karusel / Hadisə | çapa göndər

Oğlanın bacısı ilə görüşməyinə etiraz edən məktəbli öldürüldü - Bərdədəki qətlin TƏFƏRRÜATI


Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb.

"Xəbəraz.az " xəbər verir ki, Mirzəcəfərli kəndi ərazisində 18 yaşlı Tapdıq Mustafalının 14 yaşlı Həsrət Mirzəməmmədovu otlaq sahəsi üstündə deyil, başqa səbəbdən qətlə yetirməsi məlum olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, H.Mirzəmmədov hadisədən bir neçə gün əvvəl Tapdıqı bacısı ilə görüb. O, özündən 4 yaş böyük olan T.Mustafalıdan bir də bacısına yaxın durmamasını tələb edib. Bu səbəbdən onlar arasında dava-dalaş baş verib. 14 yaşlı oğlanın başına zərbələr endirib onu öldürən T.Mustafalı meyiti kanala ataraq qaçıb. Çox keçmədən polis əməkdaşları onu yaxalayıb.

Qeyd edək ki, ilkin məlumatda Tapdıq Mustafalı ilə Həsrət Mirzəməmmədovun otlaq sahəsinə görə dalaşdığı bildirilirdi.

Onu da qeyd edək ki, orta məktəbin 7-ci sinif şagirdi olan Həsrət xeyli vaxt imiş ki, dərsə getmirmiş və hadisə günü də məktəbə yollanmayıb.



6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___