Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
12 dərəcə isti, yağış - Proqnoz
Tarix: 13-01-2017 | Saat: 13:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

12 dərəcə isti, yağış - Proqnoz



Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 2-4°, gündüz 6-9°, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacağı gözlənilir.



Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və şərq rayonlarına yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.



Tibbi-meteoroloji proqnoza gəlincə isə, yanvarın 14-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Xəbəri paylaş

6198 dəfə oxunub.

Digər xəbərlər
26-01-2016, 17:03 Qızıl bahalaşdı (FOTO)

bütün xəbərlər
____ Instagram ___