“Bakıda tanınmış müğənnilərə bıçaqlı hücum - Toy pulları əllərindən alındı
Tarix: 13-01-2017 | Saat: 12:16
Bölmə:Karusel / Hadisə / Şou-Biznes | çapa göndər
Bakıda tanınmış müğənnilərə qarşı soyğunçuluq edilib.
"Xəbəraz.az "-ın xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb.
Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub.
Daha bir nəfər isə ölkədən qaçıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

13-10-2015, 15:47
“Ağır transplantasiya əməliyyatı üçün hazırlıq başladı”
7-11-2016, 15:39
Ərəb turist "Tarqovı"da öldü
6-10-2022, 10:19
Qaradağda top mərmisi aşkarlandı - VİDEO - FOTO
3-11-2017, 10:02
Qubada ayını öldürüb dərisini soydular - Foto
16-04-2021, 17:21
Dilqəm: Şahbaz erməni agentidir, bu da sübutu... - Video
21-07-2015, 00:35
İlham Əliyev: Son dərəcə sarsıldım
2-09-2015, 21:59
Qırmızı Xaç Komitəsinin iki əməkdaşı öldürüldü
23-02-2016, 11:50
Neftçalada 76 yaşlı qadını maşın vuraraq öldürüb
5-09-2016, 17:27
Bu ev bitkisinə toxunmaq və iyləmək olmaz! - FOTO