Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Banklardan nağd çıxarılan pula görə - 1 faiz vergi
Tarix: 12-01-2017 | Saat: 22:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Banklardan nağd çıxarılan pula görə - 1 faiz vergi


Banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması və nağdsız ödəmələrin stimullaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulacaq.
"Xəbəraz.az " AzərTac-a istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

Onun sözlərinə görə, bu, vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq olunacaq.

Yeni qaydalar həm sadələşdirilmiş, həm də ƏDV ödəyiciləri olan şəxslərin vəsaitlərini banklardan nağd qaydada çıxararkən tətbiq olunacaq.


Xəbəri paylaş

7098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___