Bakı metrosunda yuxuya gedən sərxoş sərnişin - Video
Tarix: 11-01-2017 | Saat: 23:39
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Çox az hallarda da olsa, Bakı metrosunda sərxoş sərnişinlərə rast gəlmək mümkündür. Belə sərnişinlər nəinki digərlərinin narahatlığına səbəb olur, həmçinin onların təhlükəsizliyini də riskə atır. Məsələn, sərxoş birinin kimisə qatar reyslərinin üzərinə itələməsi mümkün ehtimaldır. Dünən əməkdaşlarımız Bakı metrosunda qatarda yerdə yatıb qalan sərxoş sərnişini lentə alıb. Maraqlıdır ki, sərxoş halda girişin qadağan olunduğu metroya bu şəxs necə daxil olub və bunun məsuliyyətini kim daşıyır?
Xəzər xəbər məlumat verir ki, sərxoş sərnişin qatarın içərisində oturacağın qabağında döşəmədə oturaraq yuxuya gedib. Bu, bir tərəfdən metrodan istifadə qaydalarının kobud şəkildə pozulmasıdırsa, digər tərəfdən sərnişinlərin narahatlığına səbəb olan hadisədir.
Sərxoş şəxsin polis nəzarətindən keçərək qatara necə daxil olması sual doğurur. Məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat xidmətindən bildirildi ki, sərxoş şəxslərin metropoliten ərazisində buraxılması qadağandır. Təhlükəsizliyə polis əməkdaşları cavabdeh olduğuna görə bu məsələ onların məsuliyyətindədir. Bakı Metropoliteninin mühafizəsi üzrə polis şöbəsi ilə əlaqə saxlasaq da, qurumdan bununla bağlı məlumat vermədilər.
Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, metroda baş verən bu hadisə nəticəsində digər vətəndaşlara hansısa ciddi zərər dəyməyibsə, bu, yalnız inzibati məsuliyyətə səbəb olur.
Yəqin ki, bundan sonra aidiyyatı qurumlar sərxoş şəxslərin metroya daxil olmasına daha ciddi nəzarət edəcəklər. Çünki sərxoş şəxslərin metroya daxil olandan sonra orda kiməsə zərər vurmaq, eləcə də platformada dayanan şəxslərin həyatında təhlükə yaratmaq ehtimalı çox böyükdür. Adi bir nəzarətsizlik hansısa sərnişinin həyatı bahasına başa gələ bilər.
Xəbəri paylaş
8788 dəfə oxunub.
Digər xəbərlər

13-08-2021, 10:16
Qonşular birləşib qarğıdalı sahəsində narkotik əkdilər - FOTOLAR
24-10-2018, 15:29
Azərbaycanda universitetdə tələbələrə saqqal saxlamaq qadağan edildi
29-11-2015, 19:10
Məşhur jurnalist vəfat etdi
10-11-2016, 17:24
Donald Trampın Azərbaycandakı möhtəşəm oteli - FOTOLAR
8-12-2016, 16:45
Azərbaycanlı müğənni ana oldu - FOTO
24-02-2016, 18:06
"Hamımızın başı sağ olsun" - fotolar
24-10-2015, 14:57
KİV: Vera Brejneva Meladzeyə ərə gedib – FOTO
5-06-2023, 20:33
Yolda sürət həddini aşmağa görə cərimələr artırılır-300 manat..
18-01-2016, 11:34
Qənirə Paşayeva Ramil Səfərovun ailəsi ilə birlikdə (FOTO)